Əl-Ənam ‏ surəsi - Ayə: 116

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 116
Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 116. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 116 MÖHSÜN QƏRAƏTİ.

"Əgər yer üzündəki bir çox insanlara itaət etsən, səni Allahın yolundan azdırarlar. Çünki onlar yalnız gümana itaət edirlər. Onlar zənn-gümandan başqa bir şeyə varmırlar.”
Nöqtələr
"Xərs” təxmin, güman mənasını bildirir. Bəzi təxminlər heç nəyə əsaslanmadığından bu söz yalan mənasında da işlədilir. 
Bildirişlər
1. Xalqın və çoxluğun yolu yox, hidayət və Quran yolu meyardır.
2. Çoxluq haqlılıq deyil. Meyar say yox, həqiqətdir. Ona görə də haqq yolla addımlayarkən azlıqdan qorxmayın.
3. Çoxluğun diqqətini qazanmaq bəzən insanın məhvi və ya yolunu azması bahasına başa gəlir. (Çoxluğun rəyinə uyğun olmasa da, Allahın yolu ilə hərəkət edək.)
4. Çoxluq o qədər aldadıcıdır ki, hətta Allah da Öz peyğəmbərlərini çoxluğa itaətdən çəkindirir.(Peyğəmbərlər çoxluğa yox, vəhyə tabedir.)
5. Azğınlıqların kökü zənn və gümana istinad edilməsidir.
6. Haqqı qoyub zənn-güman və həvəs ardınca gedən çoxluğa itaət etmək olmaz.
7. Yol seçimində zənn-güman yox, ciddi dəlillər əsas götürülməlidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.