"(Ey peyğəmbər! Onlar təkcə sənin qarşında inadkarlıq etmirlər.) Biz bu sayaq hər bir peyğəmbər üçün insan və cindən olan şeytanlarla düşmənçilik yaratdıq. Onlardan bəzisi qəlbəyatan və aldadıcı sözlərini bəzilərinə təlqin edirlər. Əlbəttə, sənin Rəbbin istəsəydi, belə etməzdilər. (Amma ilahi sünnə, qanun insanların azadlığı üzərində qurulub) Onları və yalandan quraşdırdıqlarını özlərinə tapşır.”
Əvvəlki iki ayədə deyilmişdir: "Biz onları özbaşına buraxdıq. Burada buyurulur: "Sən də onları özbaşına burax.”
İnsanın süqutu şeytani vəsvəsələrə təslimçilikdən başlayır. Həmin vaxt kimə vəsvəsələr təsir edirsə, şeytanın yoldaşlarından olur. Həmin şəxs nəhayət özü şeytan olur.
Təzad və qarşıdurma ixtiyarı təkamülün zəminəsidir. Ona görə də Allah dünyanı ixtiyari çətinliklər və təzad aləmi qərar vermişdir.
1. İnsanın istiqamət və möhkəmlik amillərindən biri də tarixdən və başqalarının çətinliklərindən xəbərdarlıqdır.
2. Haqq və batilin mübarizəsi tarix boyu davam etmişdir.
3. Cəmiyyətin rəhbəri qarşıdurmalara hazır olmalıdır.
4. Müxaliflərin və bədxahların kökünün kəsilməsi intizarında olmayaq.
5. Peyğəmbərlərin növbənöv müxaliflərlə çəkişməsi ilahi sünnələrdəndir.
6. İnadkar kafirlər şeytandır.
7. İnsan və cin şeytanlar bir-birlərinə təlqin etməklə əlaqə saxlayırlar.
8. Şeytanlar şeytani üsulları bir-birlərinə öyrədirlər.
9. Peyğəmbər müxaliflərinin xalq arasında təbliğatları var.
10. Gözəl və aldadıcı sözlər insanı azdıra bilər.
11. Allah insanı azad yaratmış və dünyanı çəkişmə meydanı qərar vermişdir.
12. Bəşəriyyətin ixtiyar və azadlığı onun inkişaf və tərbiyəsi üçündür.
13. Varlıq nizamında xeyir və şər adlı iki yox, vahid iradə hakimdir. Azdırıcı səylər ilahi qüdrət xaricində deyil.