Əl-Ənam ‏ surəsi - Ayə: 114

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 114
(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 114. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 114 MÖHSÜN QƏRAƏTİ.

"(De ki, bir bu qədər aşkar dəlillə) Allahdan qeyrisinimi hakim seçim? Halbuki sizə doğru səmavi kitabı müfəssəl şəkildə nazil edən Odur. Kitab verdiyimiz kəslər (yəhudi və məsihilər) bilirlər ki, bu kitab sənin Rəbbin tərəfindən haqq olaraq nazil olmuşdur. Heç vaxt tərəddüd edənlərdən olma.”

     

    Nöqtələr
    Bəzilər "həkəm” sözünü "hakim” sözü ilə eyni bilmişlər. Bəziləri isə bildirirlər ki, "həkəm” hər iki tərəfin seçdiyi hakimdir. Hakim isə istənilən halda mühakimə aparan şəxsə deyilir.  "Məcməul-bəyanda” deyilmişdir: "İstənilən bir qaziyə hakim deyilirsə də, həkəm yalnız haqqı əsas götürərək mühakimə aparandır.
    111-ci ayədə deyilirdi ki, əgər ölülər onlarla danışsa və ya mələklər nazil olsa, onlar yenə iman gətirməyəcəklər. Bu ayədə buyurulur: "Kitab əhli Quranın vəhy olduğunu bilir. Onların möcüzə istəyi yalnız bəhanədir.”
    Peyğəmbər öz yolunda tərəddüd etmir. Ayədə peyğəmbərə yox, öz yolunda tərəddüddə olan müsəlmanlara müraciət olunur.
    Bildirişlər
    1. Quran kimi bir kitab olduğu halda başqa hakimlərin sorağınca getmək yanlış və məzəmmət olunasıdır.(Allahdan savay kimsənin qanun vermək və mühakimə aparmaq haqqı yoxdur.)
    2. Allah Quranı müfəssəl şəkildə nazil etmişdir.
    3. İslam qanunları və hökmlərində şübhəyə yer yoxdur.
    4. İslamın haqq olması dəlillərindən biri ötən peyğəmbərlərin Tövratda və İncildə müjdə verməsidir. Çünki başqa bir ayədə buyurulur: "Kitab əhli İslam peyğəmbərini öz övladları kimi tanıyırdılar.” 
    5. Rəhbər tərəddüddən uzaq qətiliklə dəvət etməlidir.
    6. Kitab əhli iman gətirməyib deyə tərəddüdə düşməməliyik. Çünki onlar Quranın haqq olmasını yaxşı bilirlər. İnkarçılıqlarının səbəbi isə inadkarlıqlarıdır.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.