"Allahdan qeyrisini çağıranları (onların məbudlarını) söyməyin. Onlar da cəhalət və düşmənçilik üzündən Allahı söyərlər. Biz bu sayaq hər bir ümmətə əməlini açıqladıq. Sonra onların dönüş yeri Rəblərinə doğrudur. Allah onlara etdiklərini xəbər verər.”
Allah insanı elə yaratmışdır ki, istər yaxşı, istərsə də pis işlər yavaş-yavaş onun ruhunda özünə yer edib adətə çevrilir. Ona görə də bəzən işlərin zinətləndirilməsi Allaha aid edilmişdi. Bəzən də şeytan öz vəsvəsələri yolu ilə çirkin işləri gözəl göstərir.
Həzrət Əli (ə) Siffeyn döyüşündə öz döyüşçülərinə tövsiyə verirdi ki, Müaviyənin ardıcıllarını söyməsinlər, onların simasını açıqlasınlar və bu, söyüşdən də pisdir.
Əmirəl-möminin Əli (ə) buyurmuşdur: Allahın imamlarının təhqiri Allahı təhqir nümunələrindəndir.
Lənət, nifrin və bəraət (üz döndərmə) söyüş və təhqir sayılmır. Lənət və bəraət Quranın bəzi ayələrində Allah tərəfindən elan olunmuşdur. Lənət və bəraət əslində zalımlar və müşriklər qarşısında müsəlmanların mövqeyini bildirir.
1. Müxaliflərə münasibətdə öz hisslərimizi cilovlayaq, nalayiq və yaramaz sözlərdən çəkinək.
2. Öz rəftarlarımızın əks-sədasına diqqətli olaq.
3. Söyüş və təhqirlə xalqı yanlış yoldan çəkindirmək olmaz.
4. Təhqir və söyüş düşmənçilik, kin-küdurət və təhqir doğurur.
5. Təhqir və söyüşün səbəbi ya məntiqsizlik, ya ədəbsizlik, ya da səbirsizlikdir. (Müsəlman təhqirdən çəkinməklə sübut etməlidir ki, o, səbir, məntiq və ədəb sahibidir.)
6. Müqəddəsliklərin təhqirinə səbəb olan hər bir iş haramdır.
7. Nəhy əz münkər, təbliğat və mübahisədə təhqir və söyüşdən istifadə etmək qadağandır.
8. Başqalarını günaha sövq edən iş haramdır.
9. Bəzən insan bilmədən başqalarının günahına şərik olur. Başqalarının günah və haram iş görməsinə şərait yaratmaq belə hallardandır.
10. Ümmətin əməllərini gözəl cilvələndirmək ilahi sünnələrdəndir. (Hər bir ümmət haqsız da olsa, öz əməllərini gözəl bilir.)
11. Nümayiş və bir şeyi gözəl saymaq həqiqət nişanəsi deyil.
12. İnsanları qiyamətdə əməlləri ilə bağlı görəcəklərindən xəbərdar etmək ilahi rübubiyyət şənindəndir.