Əl-Ənam ‏ surəsi · 102-ci ayə

Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Odur Allah, sizin Rəbbiniz. Ondan başqa məbud yoxdur. O hər şeyin yaradıcısıdır. Beləcə, Ona pərəstiş edin. O hər şeyin vəkilidir.”
Nöqtələr
"Bədi” dedikdə heç bir təqlidsiz və təkrarsız, ixtira etməklə yaratmaq nəzərdə tutulur.
Göyləri və yeri heç bir təqlid və öncədən plan çəkmədən yaradanın övlad və ailəyə nə ehtiyacı var? O, qərara gəlməklə istədiyini yaradır.
Allahın hər şeyi yaratması xilqətdəki tövhid, hər şeyə vəkil olması, işdəki tövhiddir. 
Bildirişlər
1. Aləmin yaradıcısı qüvvətlidir. Onun ailə və övlada ehtiyacı yoxdur.
2. Quranın tanıtdırdığı Allahla başqalarının əqidə bağladığı Allahı müqayisə edin.
3. İslam əqidəsində Yaradan (Xaliq) və Pərvərdigar (Rəbb) birdir. (Müşriklər isə yaradanı Allah adlandırır, amma bir neçə Rəbb olmasına inanırlar.)
4. Allahın mütləq yaradan olması tövhid dəlilidir.
5. Həm yaradılış, həm də davam Allahın iradəsindən asılıdır.
6. Allahın rübubiyyət və xaliqliyi pərəstişin fəlsəfəsidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 102-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 102-ci ayəsi nə haqqındadır?
Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.
Əl-Ənam ‏ surəsi 102-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 102-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 102-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 102-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 102-ci ayənin təfsiri nədir?
"Odur Allah, sizin Rəbbiniz. Ondan başqa məbud yoxdur. O hər şeyin yaradıcısıdır. Beləcə, Ona pərəstiş edin. O hər şeyin vəkilidir.” Nöqtələr "Bədi” dedikdə heç bir təqlidsiz və təkrarsız, ixtira etməklə yaratmaq nəzərdə tutulur. Göyləri və yeri heç bir təqlid və öncədən plan çəkmədən yaradanın övlad və ailəyə nə ehtiyacı var? O, qərara gəlməklə istədiyini yaradır. Allahın hər şeyi yaratması xilqətdəki tövhid, hər şeyə vəkil olması, işdəki tövhiddir.  Bildirişlər 1. Aləmin yaradıcısı qüvvətlidir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.