Əl-Bəqərə surəsi · 97-ci ayə

(«Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəhudilər deyirlər: "Sənə vəhy gətirən mələk bizim düşmənimiz Cəbrail olduğundan sənə iman gətirmirik.) De ki, hər kəs Cəbrailin düşməni olsa (əslində Allahın düşmənidir), çünki o, Quranı Allahın göstərişi ilə sənin qəlbinə nazil etmişdir. Bu (Quran) ki, əvvəlki səmavi kitabları təsdiq edir və möminlər üçün hidayət və bəşarət mayasıdır.”
Nöqtələr
Ayənin nazil olma səbəbi belə bəyan olunur: İslam peyğəmbəri Mədinəyə gəldikdən sonra bir gün İbn Surya (yəhudi alimlərindən biri) fədək yəhudilərindən bir qrupu ilə Peyğəmbərin (s) yanına gəlib, suallar verdilər. Həzrət onların bütün suallarını cavablandırdı və istədikləri nişanələri bəyan etdi. Onların son sualı bu idi ki , vəhy mələyinin adı nədir? Həzrət bildirdi ki, bu mələyin adı Cəbraildir. Onlar dedilər: "Əgər Mikail olsaydı, sənə iman gətirərdik. Cəbrail isə cihad kimi çətin əmrlər gətirir. Mikailin gətirdiyi əmrlər isə sadə və rahatdır.”
Bildirişlər
1. İnsanın xəyalbazlığı və inadkarlığı elə bir həddə çatır ki, mələklər aləminə də əl uzadır. (Allah isə mələklərin məsum olduğunu bildirir.)("Rum”, 10. )
2. Böhtan atılmış pakların himayə və müdafiəsi vacibdir.
Allah yəhudilərin Cəbrail haqqındakı yanlış təsəvvürlərini məhkum edərək, Cəbraili belə tərif edir ki, o, icazəsiz iş görmür, öz risalətində əmindir və Allahla peyğəmbər arasında rabitəçidir.
3. Bəni-İsrailə deyilir ki, Cəbrail onların Tövratını təsdiq edən bir kitab gətirmişdir. Bəs nə üçün onlar Cəbraillə düşməndirlər?!

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 97-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 97-ci ayəsi nə haqqındadır?
(«Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib...
Əl-Bəqərə surəsi 97-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 97-ci ayənin təfsiri nədir?
"(Yəhudilər deyirlər: "Sənə vəhy gətirən mələk bizim düşmənimiz Cəbrail olduğundan sənə iman gətirmirik.) De ki, hər kəs Cəbrailin düşməni olsa (əslində Allahın düşmənidir), çünki o, Quranı Allahın göstərişi ilə sənin qəlbinə nazil etmişdir. Bu (Quran) ki, əvvəlki səmavi kitabları təsdiq edir və möminlər üçün hidayət və bəşarət mayasıdır.” Nöqtələr Ayənin nazil olma səbəbi belə bəyan olunur: İslam peyğəmbəri Mədinəyə gəldikdən sonra bir gün İbn Surya (yəhudi alimlərindən biri) fədək yəhudilərind...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.