Əl-Bəqərə surəsi · 96-cı ayə

Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər!) Hər an yəhudiləri yaşayışa (dünya və sərvət yığmağa) hətta müşriklərdən də həris görərsən. (Belə ki,) Onlardan hər biri min il yaşamaq arzusundadır. Hansı ki, onlara belə uzun ömür verilmiş olsa, bu ömür onları Allahın əzabından qurtarmayacaq. Allah onların əməllərini görəndir.
Bildirişlər
1. Uzun yaşamaq mühüm deyil. Əsas məsələ Allaha yaxınlıq, ömrün bərəkətli olması və oddan qurtuluşdur. (Fəxr Razinin təfsirində həzrət Peyğəmbərin (s) belə dua etdiyi nəql edilmişdir: "Pərvərdigara, əgər mənim üçün yaşamaq yaxşıdırsa, məni diri saxla, əgər ölüm yaxşıdırsa, öldür.”)
2. Yəhudilər dünyanın ən həris və ən dünyagir xalqıdırlar.
3. Həyat nə qədər alçaq və çirkin olsa da yəhudilər diri qalmaq istəyindədirlər.
4. Yalançının yaddaşı olmur. Yəhudilər bir tərəfdən behişti özlərininki bilirdilər , digər bir tərəfdən həmişə dünyada qalmaq istəyirdilər. ("Təhrim”, 6.  )

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 96-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 96-cı ayəsi nə haqqındadır?
Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.
Əl-Bəqərə surəsi 96-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 96-cı ayənin təfsiri nədir?
"(Ey peyğəmbər!) Hər an yəhudiləri yaşayışa (dünya və sərvət yığmağa) hətta müşriklərdən də həris görərsən. (Belə ki,) Onlardan hər biri min il yaşamaq arzusundadır. Hansı ki, onlara belə uzun ömür verilmiş olsa, bu ömür onları Allahın əzabından qurtarmayacaq. Allah onların əməllərini görəndir. Bildirişlər 1. Uzun yaşamaq mühüm deyil. Əsas məsələ Allaha yaxınlıq, ömrün bərəkətli olması və oddan qurtuluşdur. (Fəxr Razinin təfsirində həzrət Peyğəmbərin (s) belə dua etdiyi nəql edilmişdir: "Pərvərd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.