Əl-Bəqərə surəsi · 95-ci ayə

Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Amma onlar əvvəlcədən göndərmiş olduqlarının ucbatından heç vaxt ölüm istəmirlər. Allah zalımların halından agahdır.”
Nöqtələr
Ölümdən qorxmamaq düzlük və yəqinlik nişanəsidir. Ölüm çatdığı zaman zarafatlar, əyləncələr, xəyallar gözdən itir və təkcə insanla onun əməlləri qalır. Ölüm məqamında insan inanır ki, dünya matahı məhduddur, axirət isə üstün və davamlıdır.
Ölüm zamanı insan inanır ki, dünya kimsə üçün açılmamış bir qönçə, dünya dostları isə şirniyə toplanmış arı kimidir. İnsan yəqin mərtəbəsinə çatarsa, ölümə yaxınlaşdıqca Allahla görüş dəmini hiss etməyə başlayır. Ona görə də Həzrət Əli (ə) ölüm zərbəsi aldığı vaxt buyurur: "And olsun Kəbənin Allahına, qurtuldum.” Kərbəlada aşura günortası, şəhadət məqamı yaxınlaşdıqca imam Hüseynin (ə) çöhrəsi açılır. Son gecə imam Hüseyn (ə) öz ətrafındakılardan ölümün nə olması barədə soruşduqda, onların verdiyi cavablar getdikləri yola əmin olmalarından danışır. Onlar ölümü şirin bilirdilər, hətta həmin gecə imamın bəzi yoldaşları bir-birləri ilə zarafatlaşırdılar.
Bildirişlər
1. İnsandakı ölüm qorxusu əslində onun öz əməllərinin cəzasından olan qorxudur.
2. Yalan iddia edənlər və yersiz tələb irəli sürənlər zalımdırlar.
3. Özünüz nə etdiyinizi bilirsiniz. Allah da gördüyünüz işlərdən xəbərdardır. Bəs bu iddialar nə üçündür?!

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 95-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 95-ci ayəsi nə haqqındadır?
Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.
Əl-Bəqərə surəsi 95-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 95-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 95-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 95-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 95-ci ayənin təfsiri nədir?
"Amma onlar əvvəlcədən göndərmiş olduqlarının ucbatından heç vaxt ölüm istəmirlər. Allah zalımların halından agahdır.” Nöqtələr Ölümdən qorxmamaq düzlük və yəqinlik nişanəsidir. Ölüm çatdığı zaman zarafatlar, əyləncələr, xəyallar gözdən itir və təkcə insanla onun əməlləri qalır. Ölüm məqamında insan inanır ki, dünya matahı məhduddur, axirət isə üstün və davamlıdır. Ölüm zamanı insan inanır ki, dünya kimsə üçün açılmamış bir qönçə, dünya dostları isə şirniyə toplanmış arı kimidir. İnsan yəqin mər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.