Əl-Bəqərə surəsi · 91-ci ayə

Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 91
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərini təsdiq edir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!”
Bildirişlər
1. İslam peyğəmbərinə bütün ümmətləri İslama dəvət etmək əmr olunmuşdu.
2. Kafirlərin küfr dəlillərindən biri irqçilik, millət və qövm təəssübüdür.
3. İman ölçüsü irq və millət yox, ayinlərin haqq olmasıdır.
4. Quran başdan-başa həqiqətdir.
5. Peyğəmbər dövründəki yəhudilər öz babalarının rəftarı ilə razı olduqlarından, peyğəmbərlərin öldürülməsini Allah onlara da aid etmişdir.
6. Yalançı rüsvaydır.
(Əgər Bəni-İsraildən olan peyğəmbərə iman gətirmişdilərsə, nə üçün həmin qövmdən olan Yəhya və Zəkəriyyanı şəhid etdilər?! Bəli, onların rəftarı imansızlıqlarının nişanəsi idi.)

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 91-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 91-ci ayəsi nə haqqındadır?
Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allah...
Əl-Bəqərə surəsi 91-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 91-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 91-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 91-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 91-ci ayənin təfsiri nədir?
"Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərini təsdiq edir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!” Bildirişlər 1. İslam peyğəmbərinə bütün ümmətləri İslama dəvət etmək əmr olunmuşdu. 2. Kafirlərin küfr dəlillərindən biri irqçilik, millət və qövm təəssübüdür. 3. İman...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.