Əl-Bəqərə surəsi · 88-ci ayə

Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar (peyğəmbərlərinə) dedilər: "Qəlblərimiz qılafdadır (və biz sizin dediklərinizdən bir şey anlamırıq).” Belə deyil. Allah küfrlərinə görə onları öz mərhəmətindən uzaqlaşdırmışdır. (Ona görə də bir şey dərk etmirlər.) Çox az bir qismi iman gətirir.”
Nöqtələr
"Qəlblərimiz qılafdadır” kimi istehzalı cavablar zahirən bütün müşriklərin və asilərin peyğəmbərlər qarşısında şüarı olmuşdur. Həzrət Şüeybin cavabında dedilər: "Biz sənin sözlərini anlamırıq.”("Fussilət”, 5. ) Quran ayələri qarşısında belə bildirdilər: "Qəlblərimiz pərdədə və örtükdədir.”(Təfsiri-Nurus-səqəleyn”. ) Bu ayədə isə "Qəlblərimiz qılafdadır” deyirlər.
Bildirişlər
1. Bədbəxtliyin müqəddiməsi, başlanğıcı insanın öz əlindədir. Allahın lənətinə və qəhrinə düçar olanlar öz inadkarlıq və küfrlərindən əziyyət çəkirlər.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 88-ci ayəsi nə haqqındadır?
Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər).
Əl-Bəqərə surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 88-ci ayənin təfsiri nədir?
"Onlar (peyğəmbərlərinə) dedilər: "Qəlblərimiz qılafdadır (və biz sizin dediklərinizdən bir şey anlamırıq).” Belə deyil. Allah küfrlərinə görə onları öz mərhəmətindən uzaqlaşdırmışdır. (Ona görə də bir şey dərk etmirlər.) Çox az bir qismi iman gətirir.” Nöqtələr "Qəlblərimiz qılafdadır” kimi istehzalı cavablar zahirən bütün müşriklərin və asilərin peyğəmbərlər qarşısında şüarı olmuşdur. Həzrət Şüeybin cavabında dedilər: "Biz sənin sözlərini anlamırıq.”("Fussilət”, 5. ) Quran ayələri qarşısında b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.