Əl-Bəqərə surəsi · 81-ci ayə

Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bəli, hər kəs pislik qazansa və günahı onu əhatə etsə, onlar od əhlidirlər və həmişə orada qalacaqlar.”
Öz ilahi cəzalarını başqalarının ilahi cəzalarından fərqli bilən bəni-İsrail haqqında ayədə belə buyurulur: "Hamınız qanun qarşısında bərabərsiniz. Əgər günah əsərləri insanı əhatə edib ona tövbə fürsəti verməsə, həmişəlik cəhənnəmdə qalacaq.”
Nöqtələr
Bəni-İsrailin gümanının əksinə olaraq, onlar da öz əməlləri qarşısında ilahi cəzaya çatacaqlar. Bu ayədə buyurulur ki, hamı qanun qarşısında bərabərdir. Günahın təsiri insanı elə əhatə edə bilər ki, tövbə edib qayıtmağa fürsət olmaya və əbədi olaraq cəhənnəmdə qalmağa layiq görülə.
Bildirişlər
1. Xəyallar və mövhumatlarla qəti və ciddi rəftar edin.
2. Mükafat və cəza arzudan yox, əməldən asılıdır.
3. Agahlıqla, bilərəkdən, azad şəkildə yol verilən günahların cəzası var. Cəhalətdən və ya məcburi olaraq yol verilən günahlar belə deyil.
4. Günahkar qazanc götürmək fikri ilə günah edir.
5. Hər bir günahın insanı qərq edə biləcək təsir və nəticələri var.
6. İnsan fitrətən pakdır. Amma üz tutmuş günah və xətalar onun varlığını əhatə edib cövhərini dəyişdirir.
7. Günahkarlıq xarakteri əbədi cəhənnəm odunun səbəbidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 81-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 81-ci ayəsi nə haqqındadır?
Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.
Əl-Bəqərə surəsi 81-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 81-ci ayənin təfsiri nədir?
"Bəli, hər kəs pislik qazansa və günahı onu əhatə etsə, onlar od əhlidirlər və həmişə orada qalacaqlar.” Öz ilahi cəzalarını başqalarının ilahi cəzalarından fərqli bilən bəni-İsrail haqqında ayədə belə buyurulur: "Hamınız qanun qarşısında bərabərsiniz. Əgər günah əsərləri insanı əhatə edib ona tövbə fürsəti verməsə, həmişəlik cəhənnəmdə qalacaq.” Nöqtələr Bəni-İsrailin gümanının əksinə olaraq, onlar da öz əməlləri qarşısında ilahi cəzaya çatacaqlar. Bu ayədə buyurulur ki, hamı qanun qarşısında b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.