Əl-Bəqərə surəsi · 75-ci ayə

(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardan bir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.”
Bildirişlər
1. Xalqın iman gətirməsi intizarında olmaq yaxşıdır. Amma hamı belə bir tövfiq əldə edə bilmir. Siz də belə bir intizarda olmayın.
2. İnadkar və azğın alimlərin varlığı cəmiyyətin islahına olan ümidi aradan qaldırır.
3. Tənqid edərkən insafı gözləyin. Bütün yəhudilər təhrif əhli olmayıb.
4. Avam günahkarın islah olmasına ümid var. Amma yolunu azmış inadkar alimin islahına ümid yoxdur.
5. Haqqı tanımaq onu qəbul etmək deyil. Haqqı tanıdıqları halda onu qəbul etməyənlər də var.
6. Ustalıq və agahlıqla həyata keçirilmiş təhriflər daha təhlükəlidir.
7. Bixəbər cahil yox, müqəssir (işin mahiyyətindən xəbərdar) cahil hədələnməlidir.
8. Təhrif alimlərin günahıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 75-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 75-ci ayəsi nə haqqındadır?
(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) ...
Əl-Bəqərə surəsi 75-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 75-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 75-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 75-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 75-ci ayənin təfsiri nədir?
"(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardan bir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.” Bildirişlər 1. Xalqın iman gətirməsi intizarında olmaq yaxşıdır. Amma hamı belə bir tövfiq əldə edə bilmir. Siz də belə bir intizarda olmayın. 2. İnadkar və azğın alimlərin varlığı cəmiyyətin islahına olan ümidi aradan qaldırır. 3. Tənqid edərkən insafı gözləyin. Bütün yəhudilər təhrif əhli olm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.