Əl-Bəqərə surəsi · 278-ci ayə

Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 278
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! İlahi təqva yolunu tutun. Sələmdən qalanı (borcları) boşlayın. Əgər iman gətirmisinizsə!”
Nöqtələr
Əvvəlki ayələrdə sələmin fəsadlarına işarə olundu. Sələm hər bir fərdi və cəmiyyəti tarazlıqdan çıxarıb, pərişan edir. Aydın oldu ki, əslində sələm artım yox, əskilmədir. Bu məqamda sələm aşkar şəkildə qadağan edilir.
"Məcməul-bəyan”, "Əl-Mizan”, "Məraği” təfsirlərində nəql olunmuşdur ki, sələmin qadağan ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas, Osman kimi səhabələr və sələmdən alacağı olan xalq Peyğəmbərdən (s) vəzifələrini soruşdular. Yuxarıda zikr olunan ayə nazil edildi. Ayə nazil olduqdan sonra Həzrət buyurdu: "Əmim Abbasın da sələm borcu tələb etmək haqqı yoxdur. Hamıdan qabaq mənim yaxınlarım sələmdən əl çəkməlidir.” Bir xütbədə isə Həzrət belə buyurur: "Cahiliyyət dövründə müəyyən olunmuş bütün sələmləri ayaq altına atıram. Abbas üçün olan sələmləri isə hamınınkından çox!”("Kənzul-dəqaiq”, c. 2, s. 465. )
Bildirişlər
1. Sələmçilik cahiliyyət dövrünün adətlərindəndir. İlkin İslam dövründəki müsəlmanlar da bu işə qatılmışdılar.
2. Təqva imandan üstün bir mərhələdir.
3. Sələmçi əldə etdiyinin sahibi olmur. İslam sələmdən gələn faydanı rəsmi şəkildə tanımamışdır.
4. Haram maldan əl çəkmək iman və təqvanın şərtidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 278-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 278-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Əl-Bəqərə surəsi 278-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 278-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 278-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 278-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 278-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! İlahi təqva yolunu tutun. Sələmdən qalanı (borcları) boşlayın. Əgər iman gətirmisinizsə!” Nöqtələr Əvvəlki ayələrdə sələmin fəsadlarına işarə olundu. Sələm hər bir fərdi və cəmiyyəti tarazlıqdan çıxarıb, pərişan edir. Aydın oldu ki, əslində sələm artım yox, əskilmədir. Bu məqamda sələm aşkar şəkildə qadağan edilir. "Məcməul-bəyan”, "Əl-Mizan”, "Məraği” təfsirlərində nəql olunmuşdur ki, sələmin qadağan ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas, Osman kimi səhabələr və sələmd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.