Əl-Bəqərə surəsi · 271-ci ayə

Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 271
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər sədəqəni aşkar versəniz, bu yaxşı işdir. Amma əgər onu məxfi şəkildə ehtiyaclılara çatdırsanız, bu sizin üçün daha yaxşıdır və günahlarınızın bir hissəsi bağışlanar. Allah etdiyiniz işlərdən agahdır.”
Nöqtələr
İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Vacib zəkatı aşkar, amma müstəhəb zəkatı isə məxfi şəkildə verin.”(Əllamə Təbatəbainin əxlaq ustadı Ayətullah Mirzə Əli Ağa Qazi ilə bağlı bir əhvalat nəql olunur. Nəcəfdə onun bir tərəvəz satandan təravətini itirmiş göyərti aldığını görüb soruşurlar ki, nə üçün belə şeylər alır? O belə cavab verir: "Bu dükançı fəqir bir şəxsdir. Ona kömək etmək istəyirəm. Amma istəmirəm ki, abrını itirsin və kimdənsə nəsə almağa vərdiş etsin... )Vacib zəkatın aşkar verilməsi səbəbi onun ümumi vəzifə olması və riyadan uzaqlığı ola bilər. Ayə maddi yardımlar haqqında olsa da, İslam terminologiyasında bütün xeyir işlərə "sədəqə” deyilmişdir. Müsəlmanların yolu üstündən daşı götürmək də sədəqədir. Bu səbəbdən də məhrumlara elm, hörmət və vasitəçilik yolu ilə göstərilən yardımlar da sədəqə adlandırılmışdır.
Bildirişlər
1. Aşkar edilən infaq başqalarını bu işə həvəsləndirir, xəsisliklə bağlı böhtanları aradan qaldırır, bir növ infaqı əməli şəkildə təbliğ edir.
2. Fəqirə yardım göstərmək üçün onun müsəlman olması şərt deyil.
3. Sədəqə və zəkata xeyli pul xərclənsə də, ayədə fəqirlərin adının çəkilməsi onların bu işdə öndə gəlməsi nişanəsidir.
4. Fəqirlər sizin sorağınıza yox, siz fəqirlərin sorağına getməlisiniz.
5. Gizli edilən infaq riya və özünü göstərmədən uzaqdır, ixlasa daha yaxındır. Gizli infaq onu alanın abrını qoruyur.
6. İnsanda faydalanma və xeyirxahlıq meyli var. Əməldə isə bəzən şər ardınca gedilməsi ilə rastlaşırıq. Ona görə də ilahi peyğəmbərlər xeyirin nümunələrini bəşəriyyətə açıqlamışlar.
7. Fəqirlərə yardım kiçik günahların bir hissəsinin bağışlanması səbəbidir. ”Səyyiat” sözü kəbirə günahlar müqabilində işlədilmişdir və kiçik günahları bildirir.("Təfsiri-Məraği”. )
8. Mühüm olan Allahın elmidir. Xalqın məlumat və biliyi mühüm deyil.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 271-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 271-ci ayəsi nə haqqındadır?
Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır.
Əl-Bəqərə surəsi 271-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 271-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 271-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 271-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 271-ci ayənin təfsiri nədir?
"Əgər sədəqəni aşkar versəniz, bu yaxşı işdir. Amma əgər onu məxfi şəkildə ehtiyaclılara çatdırsanız, bu sizin üçün daha yaxşıdır və günahlarınızın bir hissəsi bağışlanar. Allah etdiyiniz işlərdən agahdır.” Nöqtələr İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Vacib zəkatı aşkar, amma müstəhəb zəkatı isə məxfi şəkildə verin.”(Əllamə Təbatəbainin əxlaq ustadı Ayətullah Mirzə Əli Ağa Qazi ilə bağlı bir əhvalat nəql olunur. Nəcəfdə onun bir tərəvəz satandan təravətini itirmiş göyərti aldığını görü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.