Əl-Bəqərə surəsi · 264-cü ayə

Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 264
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Öz hədiyyələrinizi minnət və əziyyətlə batil etməyin. O şəxs kimi ki, özünü xalqa göstərmək üçün malını infaq edir, Allah və qiyamət gününə inanmır. Bu şəxs saf daş parçası kimidir. Onun üzərində torpaq olsa, şiddətli yağış yağdıqda bu daşı çılpaq qoyar. (Riyakarlar da) əldə etdiklərindən heç bir bəhrə görməzlər. Allah kafir qövmü hidayət etməz.”
Nöqtələr
Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir və nüfuz qabiliyyəti yoxdur. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqından bəhrələnməz.
Bildirişlər
1. Fəqirlərə minnət qoymaq və onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır.
2. Riya Allah və qiyamət gününə gerçək imanın olmadığını göstərir.
3. İnfaq yox, onun səbəbi və infaq edənin ruhiyyəsi mühümdür.
4. Minnət qoyan, riyakar və kafir insanın əməlləri puçdur. "Fəməsəluhu” (Onun misalı) sözü hər üç zümrəyə tətbiq edilə bilər.
5. Riyakar nəhayətdə rüsvay olur. Hadisələr həqiqətləri üzə çıxarır.
6. Riyakar nəinki axirət mükafatından məhrumdur, hətta ruhi inkişafını da əldən vermişdir.
7. Minnət qoyan və riyakar şəxs küfr dairəsindədir və hədələrə məruz qalır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 264-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 264-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möh...
Əl-Bəqərə surəsi 264-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 264-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 264-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 264-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 264-cü ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Öz hədiyyələrinizi minnət və əziyyətlə batil etməyin. O şəxs kimi ki, özünü xalqa göstərmək üçün malını infaq edir, Allah və qiyamət gününə inanmır. Bu şəxs saf daş parçası kimidir. Onun üzərində torpaq olsa, şiddətli yağış yağdıqda bu daşı çılpaq qoyar. (Riyakarlar da) əldə etdiklərindən heç bir bəhrə görməzlər. Allah kafir qövmü hidayət etməz.” Nöqtələr Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.