Əl-Bəqərə surəsi · 258-ci ayə

Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən (mənim) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 258
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: "Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: "Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
Əvvəlki ayədə oxuduq ki, Allah möminlərin dostudur və onları zülmətdən çıxarıb nura aparar. Bu və bundan sonrakı ayələr ilahi vilayətin nümunələrini açıqlayır. Zülmətlərdən çıxarıb nura doğru aparmaq bu qəbildəndir.
Tarixi rəvayətlərdə nəql olunur ki, Nəmrud Babil padşahlarından olmuşdur. O, həzrət İbrahimlə Allah haqqında mübahisələrə girişmişdir. Həzrət İbrahim öz Allahının dirildən və öldürən Allah olduğunu dedikdə, Nəmrud iddia etmişdir ki, o da dirildib öldürməyi bacarır. Sonra iki məhbusu gətirmiş və birini azad edib digərini öldürmüşdür. Bu axmaq işi müşahidə edən İbrahim Nəmrudun diriltmək və öldürmək haqqındakı sarsaq təfəkkürünü tanımışdır. İbrahim Nəmruda təklif etmişdir ki, Allahın şərqdən çıxardığı günəşi qərbdən çıxarsın. İbrahim demişdir: "Əgər sən varlıq aləmində hakimiyyətə malik olduğunu iddia edirsənsə, günəşi qərbdən çıxart.” Həmin vaxt Nəmrud yerində donub qalmış və səsini udmuşdur.
Bildirişlər
1. Kimin nəyi varsa Ondandır. Kafirlər də, bu dünyada Onun nemətlərindən bəhrələnirlər. Amma bu nemətlərdən sui-istifadə edirlər.
2. Qüdrət və hakimiyyət zalımlıq və təkəbbür amili ola bilər.
3. İctimai fikrə və xalqın mühakiməsinə diqqətli olmaq lazımdır. Həyatın yaranışı allahşünaslıq yollarından biri olsa və Nəmrudun cavabı düzgün sayılmasa da, həmin söhbətlər ictimai fikri təmin etmir.
4. Höcətləşmə, "müğalitə” batil əhlinin üsuludur.
5. Əgər həqiqət məntiq və dəlil yolu ilə bəyan olunarsa, batilə qalib gələr.
6. Mübahisələrdə fitri, əqli və ümumi dəlillərdən istifadə edin. Belə etsəniz, höcətcil müxalif də söz tapmaz.
7. Kafir zalımdır. Çünki özünə və insanlıq məqamına zülm etmişdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 258-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 258-ci ayəsi nə haqqındadır?
Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən (mənim) Allah...
Əl-Bəqərə surəsi 258-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 258-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 258-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 258-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 258-ci ayənin təfsiri nədir?
"Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: "Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: "Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.” Nöqtələr Əvvəlki ayədə oxuduq ki, Allah möminlərin dostudur və onları zülmətdən çıxarıb nura aparar. Bu və bundan sonrakı ayələr ilahi vilayətin nümun...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.