Əl-Bəqərə surəsi · 256-cı ayə

Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 256
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dində (dinin qəbulunda) məcburiyyət (ikrah) yoxdur. Həqiqətən, təkamül yolu azğınlıq yolundan aşkar fərqlənmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, qəti olaraq qırılmayan möhkəm tutacaqdan (təstəkdən) yapışmışdır. Allah bilən, eşidəndir.”
Nöqtələr
Məcburi şəkildə qəlbdə iman yaranmır. Dəlil, əxlaq, moizə yolu ilə qəlblərə nüfuz etmək olar. Amma bu o demək deyil ki, insan əməldə istədiyini edə və deyə ki, mən azadam, tutduğum yoldan məni döndərməyə kimsənin haqqı yoxdur. İslamdakı cəza qanunları, eləcə də qamçı, hədd, diyə, qisas, nəhy əz münkər və cihad kimi vaciblər göstərir ki, hətta İslama qəlbən etiqadı olmayanlar da cəmiyyətə əziyyət verə bilməzlər.
Kafirlərə "iddialarınızda sadiqsinizsə, dəlil gətirin” deyən İslam bu əqidəni xalqa məcburi şəkildə qəbul etdirərmi?
İslamda cihadın məqsədi ya zalım hakimlərlə mübarizə və insanlara düşünmək icazəsi verməyən diktator rejimləri sındırmaq üçündür, ya da əslində bir xəstəlik olan şirk və xürafatpərəstliyi məhv etmək üçün. Zalım hakim və şirk qarşısında sükut bəşəriyyətə zülmdür.
Rəvayətlərə görə qırılmaz dəstəkdən yapışmağın bir nümunəsi Allahın övliyaları və Əhli-beytə üz tutmaqdır. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: "Sənsən ürvətül-vüsqa”(Bax: "Bəqərə”, 247.)
Bildirişlər
1. Dəlil və məntiqə malik bir dinin ikrah və məcburiyyətə ehtiyacı yoxdur.
2. Zorun təsiri əməl və hərəkətdir, düşüncə və əqidəyə yox!
3. Höccətin (dəlillərin) xalqa tamamlanması üçün haqq yol batil yoldan ayrılmışdır. Haqq yol ağıl, vəhy və möcüzələr vasitəsi ilə işıqlanır. İslam təkamül dinidir.
4. Din bəşəriyyətin təkamül mayasıdır.
5. İslam zalım hakimlərlə sazişdə deyil.
6. Zalım hakimlər məhv olmayınca tövhid cilvələnməz. Əvvəl tağutun inkarı, sonra Allaha iman!
7. Tağutun inkarı və Allaha iman daimi olmalıdır. "Felin gələcək zaman forması davam əlamətidir.
8. İlahi tutacağın möhkəmliyi kifayət etmir. Möhkəm yapışmaq da şərtdir.
9. Zalım hakimlərə və Allahdan qeyrilərinə arxalanma etibarsızdır. Yeganə qırılmaz ip Allaha imandır.
10. Allaha iman və Allah övliyaları ilə rabitə əbədidir. Zalım hakimlər qiyamət günü öz ardıcıllarına arxa çevirəcəklər.
11. Allaha iman və tağutun inkarı saxta yox, saf olmalıdır. Çünki Allah bilir və eşidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 256-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 256-cı ayəsi nə haqqındadır?
Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gə...
Əl-Bəqərə surəsi 256-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 256-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 256-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 256-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 256-cı ayənin təfsiri nədir?
"Dində (dinin qəbulunda) məcburiyyət (ikrah) yoxdur. Həqiqətən, təkamül yolu azğınlıq yolundan aşkar fərqlənmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, qəti olaraq qırılmayan möhkəm tutacaqdan (təstəkdən) yapışmışdır. Allah bilən, eşidəndir.” Nöqtələr Məcburi şəkildə qəlbdə iman yaranmır. Dəlil, əxlaq, moizə yolu ilə qəlblərə nüfuz etmək olar. Amma bu o demək deyil ki, insan əməldə istədiyini edə və deyə ki, mən azadam, tutduğum yoldan məni döndərməyə kimsənin haqqı yoxdur. İslamdakı ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.