Əl-Bəqərə surəsi · 240-cu ayə

Sizdən ölümləri yaxınlaşan və özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları və (onların evdən) çıxarılmadan bir illik yaşayış xərcləri(nin təmin olunması) barəsində vəsiyyət etməlidirlər. Əgər onlar özləri çıxıb getsələr, onda, onların özləri barədə bəyənilən şəkildə gördükləri işdə (evlənmələrində və ya başqa bir işi seçmələrində) sizə (meyidin varislərinə) günah yoxdur (və xərclər boyundan götürülür). Allah qüdrətli və hikmətlidir. (Bu hökm İslamın ilkin çağlarında qüvvədə olub və sonradan nəsx edilərək, irs və iddə hökmü ilə əvəz edilib).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 240
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur. Allah əziz və həkimdir.”
Nöqtələr
Bəzi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bəziləri isə belə düşünürlər ki, iddə və irs ayələri zəruri və vacib ölçüləri bəyan etmişdir. Yəni qadın filan miqdar irs haqqına malikdir və filan müddət iddə saxlamalıdır.
Amma bu ayəni vacib vəzifələrin kənarında bir müstəhəb əməl şəklində də göstərmək olar. Yəni iddə müddətindən sonra qadın ərinə hörmət olaraq bir il müddətində onun evində qalmaq istəsə, ər də onun irsdən payına əlavə olaraq öz üçdə bir vəsiyyət payından bir illik xərcini ödəyə bilər. Başqa sözlə, kişinin öz irsinin üçdə birindən qadını üçün pay ayırmaq haqqı var.("Təfsiri-Ruhul-Məani”. )
Bildirişlər
1. Kişilər öz mallarından bir hissəsini arvadlarına vəsiyyət etsinlər.
2. Vəsiyyətdə dul qalmış arvad başqalarından öndə gəlir.
3. Dul qadının gələcəyi təmin olunmalıdır.
4. Qadın yeni ər seçimində ağıllı, şəri və məsləhətli qərar çıxarmalıdır.
5. Bütün ilahi hökmlər hikmətə əsaslanır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 240-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 240-cu ayəsi nə haqqındadır?
Sizdən ölümləri yaxınlaşan və özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları və (onların evdən) çıxarılmadan bir illik yaşayış xərcləri(nin təmin olunması) barəsində vəsiyyət etməlidirlər. Əgər onlar özləri çıxıb getsələr, onda, onların özləri barədə bəyənilən şəkildə gördükləri işdə (evlənmələrində və ya b...
Əl-Bəqərə surəsi 240-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 240-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 240-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 240-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 240-cu ayənin təfsiri nədir?
"Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur. Allah əziz və həkimdir.” Nöqtələr Bəzi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bəzilər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.