Əl-Bəqərə surəsi · 238-ci ayə

Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 238
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bütün namazların, xüsusi ilə orta namazın yerinə yetirilməsinə diqqətli olun və Allah üçün müti halda ayağa qalxın.”
Nöqtələr
"Orta namaz” ifadəsi bir neçə cür izah olunmuşdur. Amma ayənin nazil olma şəninə diqqət yetirsək görərik ki, bir dəstə müsəlman günortalar hava çox isti olduğundan namazda iştirak etmirdilər. Rəvayət və təfsirlərə əsasən bu ifadə günorta namazını bildirir.
Ailə məsələləri ilə bağlı ayələrin arasında namaz məsələsinə diqqət bir işarədir ki, nəfsani istəklər, zövcənin iqtisadi və hüquqi məsələləri insanı namaza diqqətsiz etməsin.
Hər bir şeyin qorunması onun özünə münasib olmalıdır. Mal oğrudan, bədən mikrobdan, ruh hərislik, həsəd, təkəbbür kimi əxlaqi bəlalardan, övlad pis dostdan qorunmalıdır. Bəs namaz necə qorunur? Namazı hifz etmək üçün onun sirləri ilə tanışlıq, onu vaxtında və düzgün yerinə yetirmək, namazın hökm və qaydalarını öyrənmək, ibadət mərkəzlərini qorumaq və diqqətli olmaq lazımdır.
Hədisdə oxuyuruq: Namaz bəzilərinə deyər: "Məni zay etdin, Allah səni zay etsin.” Digər bir qrupa deyər: "Məni hifz etdin, Allah səni hifz etsin.”("Təfsiri-nümunə”, c. 2, s. 148; "Nurus-səqəleyn”, c. 2, s. 239.)
Bildirişlər
1. Namaz davamlı şəkildə qılınmalıdır.
2. Namazın hifzinə bütün xalq məsuldur.
3. Namazı camaatla qılın.
4. Harada səhlənkarlıq və qəflət daha çox hiss olunursa, orada daha çox diqqətli olmalıyıq.
5. Namaz çox diqqətlə, sevinclə, mərifətlə və ixlasla qılınmalıdır.
6. İnsan varlıq nizamı ilə həmahəng olmalıdır. Quran varlıq haqqında buyurur: "Göylərdə və yerdə olanlar bütünlüklə Onundur. Hamı Ona boyun əyir.”("Təfsiri-Ətyəbul-bəyan”. ) Əgər insan boyun əyməzsə, varlıq aləmində başqa rəngdə görünər.
7. Namazın dəyəri ondakı xüzu ilə ölçülür.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 238-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 238-ci ayəsi nə haqqındadır?
Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın.
Əl-Bəqərə surəsi 238-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 238-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 238-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 238-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 238-ci ayənin təfsiri nədir?
"Bütün namazların, xüsusi ilə orta namazın yerinə yetirilməsinə diqqətli olun və Allah üçün müti halda ayağa qalxın.” Nöqtələr "Orta namaz” ifadəsi bir neçə cür izah olunmuşdur. Amma ayənin nazil olma şəninə diqqət yetirsək görərik ki, bir dəstə müsəlman günortalar hava çox isti olduğundan namazda iştirak etmirdilər. Rəvayət və təfsirlərə əsasən bu ifadə günorta namazını bildirir. Ailə məsələləri ilə bağlı ayələrin arasında namaz məsələsinə diqqət bir işarədir ki, nəfsani istəklər, zövcənin iqti...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.