Əl-Bəqərə surəsi · 225-ci ayə

Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 225
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah sizi məqsədsiz andlara görə cəzalandırmaz. Amma qəlblərinizin dərk etdiyi andlara görə cəzalandırılarsınız. Allah bağışlayan və həlimdir.”
Nöqtələr
Diqqətsiz, əsəbi, düşüncəsiz halda və ya çoxdanışmaq və tələskənliklə içilən andların hüquqi qüvvəsi yoxdur. Yalnız adi halda, diqqətlə, xeyir işlər üçün Allahın müqəddəs adına içilən müqəddəs andların məsuliyyəti var. Belə andlar şərən icra olunmalıdır. Bu andları pozmaq haramdır. Pozulmuş andın kəffarəsi ya on fəqiri doyurmaq, ya onlara libas vermək, ya bir qul azad etmək, bütün bunlara imkan olmadıqda isə üç gün oruc tutmaqdır.(Bax: "Mücadələ”, 12. )
Bildirişlər
1. İnsanın məsuliyyəti onun iradə və seçiminə bağlıdır. Allah qeyri-adi vəziyyətdəki büdrəmələri insana bağışlayır.
2. Savab və cəzanın meyarı işin səbəbi və niyyətidir.
3. Allahın həlimlik və bağışlama cilvələrindən biri də bilməyərəkdən baş vermiş xətaların bağışlanmasıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 225-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 225-ci ayəsi nə haqqındadır?
Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir.
Əl-Bəqərə surəsi 225-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 225-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 225-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 225-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 225-ci ayənin təfsiri nədir?
"Allah sizi məqsədsiz andlara görə cəzalandırmaz. Amma qəlblərinizin dərk etdiyi andlara görə cəzalandırılarsınız. Allah bağışlayan və həlimdir.” Nöqtələr Diqqətsiz, əsəbi, düşüncəsiz halda və ya çoxdanışmaq və tələskənliklə içilən andların hüquqi qüvvəsi yoxdur. Yalnız adi halda, diqqətlə, xeyir işlər üçün Allahın müqəddəs adına içilən müqəddəs andların məsuliyyəti var. Belə andlar şərən icra olunmalıdır. Bu andları pozmaq haramdır. Pozulmuş andın kəffarəsi ya on fəqiri doyurmaq, ya onlara liba...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.