Əl-Bəqərə surəsi · 203-cü ayə

Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 203
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allahı müəyyənləşdirilmiş günlərdə (zilhiccə ayının on birinci, on ikinci və on üçüncü günlərində) yad edin. Hər kəs tələsib (Mina əməllərini) iki gündə yerinə yetirsə, onun üçün günah yoxdur və hər bir təqvalı şəxs təxirə salsa (əməlləri üç günə yerinə yetirsə) onun üçün günah yazılmır. Allahdan qorxun və bilin ki, siz Ona doğru məhşur olacaqsınız.”
Nöqtələr
"Nurus-səqəleyn” təfsirində nəql olunmuş hədisdə tövsiyə olunmuşdur: Əvvəli bayram gününün günorta namazı, sonu on üçüncü günün sübh namazı olan on beş namazın ardınca bu dua oxunur: "Allah böyükdür, Allah böyükdür, Ondan başqa məbud yoxdur. Allah böyükdür, həmd-səna Ona məxsusdur. Allah böyükdür. O səbəbdən ki, bizi hidayət etdi. Allah böyükdür, o səbəbdən ki, dördayaqlıların ətindən bizə ruzi verdi.”
Ayədə buyurulur: "Hər kəs Mina torpağından çıxmağa tələssə və on ikinci gün günortadan sonra çıxıb Məkkəyə getsə, onun üçün günah yoxdur. Eləcə də, on üçüncü gün Minada qalan üçün günah yazılmaz.
Bildirişlər
1. Duaya zamanın təsiri var.
2. Allah öz lütfü sayəsində xalq üçün yolu daraltmaz.
3. İşin əsası təqvadır. Rəvayətlərin bildirdiyinə görə burada "təqva” deyilərkən ehram halında haramlardan uzaqlaşmaq nəzərdə tutulur.
4. İstər zilhiccənin on ikinci günü tələsib Minadan çıxmaq, istərsə də təxirə salıb on üçüncü günədək orada qalmaq təqva ilə müşayiət olunmalıdır.
Tələsmək zirəkliyi göstərmək və ya başqa puç məqsədlə olsa, eləcə də, həmin yerdə artıq qalmaq özünü göstərmək və şöhrət məqsədi ilə bağlı baş versə, əməl puça çıxar.
5. Müqəddəs iş və müqəddəs məkan təklikdə kafi deyil. İnsan özü də müqəddəs və təqvalı olmalıdır. Allah evinin ziyarətçilərinə münasibətdə iki dəfə təqva sözü yanaşı işlədilmişdir. Bu, şeytanın bütün yerlərdəki nüfuzunun nişanəsidir.
6. Məada iman təqvanın ən mühüm amilidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 203-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 203-cü ayəsi nə haqqındadır?
Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçin...
Əl-Bəqərə surəsi 203-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 203-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 203-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 203-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 203-cü ayənin təfsiri nədir?
"Allahı müəyyənləşdirilmiş günlərdə (zilhiccə ayının on birinci, on ikinci və on üçüncü günlərində) yad edin. Hər kəs tələsib (Mina əməllərini) iki gündə yerinə yetirsə, onun üçün günah yoxdur və hər bir təqvalı şəxs təxirə salsa (əməlləri üç günə yerinə yetirsə) onun üçün günah yazılmır. Allahdan qorxun və bilin ki, siz Ona doğru məhşur olacaqsınız.” Nöqtələr "Nurus-səqəleyn” təfsirində nəql olunmuş hədisdə tövsiyə olunmuşdur: Əvvəli bayram gününün günorta namazı, sonu on üçüncü günün sübh nama...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.