Əl-Bəqərə surəsi · 172-ci ayə

Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 172
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Sizə ruzi edilmiş pak nemətlərdən yeyin, Allaha şükür edin. Əgər yalnız Ona pərəstiş edirsinizsə!”
Nöqtələr
Həzrət peyğəmbərdən nəql olunmuşdur ki, Allah belə buyurmuşdur: "İnsanları Mən yaradıram, amma onlar başqasına pərəstiş edir. Mən onlara ruzi verirəm, amma onlar başqasına təşəkkür edirlər.”("Mu`minun”, 51. )
Quran insana bir işi qadağan etmək istədikdə, əvvəlcə bu işin mübah (halal) yolunu göstərir, sonra qadağan edir. Növbəti ayədə hansısa qida qadağan olunmazdan qabaq hazırkı ayədə halal yollar açıqlanılır.
Şükrün mərhələləri var. Şükür bəzən dil, bəzən isə əməllə gerçəkləşir. Həqiqi şükür odur ki, nemətlər Allahın müəyyənləşdirdiyi yolda sərf olunsun.
Təbii nemətlərin yaradılmasında əsas məqsəd möminlərdir. Əvvəlki üç ayədə buyuruldu: "Ey xalq! Yer üzündə olanlardan yeyin.” Bu ayədə isə belə buyurulur: "Ey möminlər! Sizə ruzi etdiyimiz könüləyatan nemətlərdən yeyin.” Bu ayələr arasındakı fərq rəmzi ola bilər. Əsas məqsəd ruzinin möminlərə çatdırılmasının önə çəkilməsidir. Amma başqaları da möminlərlə yanaşı bu nemətlərdən faydalanırlar. Necə ki, bağban bağı suvararkən onun məqsədi qanqal və tikanların yox, gül və ağacların faydalanmasıdır.
Hər bir insandan xüsusi tələblər var. Adi insanlardan intizar budur ki, yedikdən sonra günah, şeytani vəsvəsələr və fəsad ardınca getməsinlər.("Vəsail”, c. 16, s. 310. )Amma iman əhlindən tələb olunur ki, yedikdən sonra saleh əməl ardınca gedib şükür etsinlər.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 130. )
Bildirişlər
1.Özünütərbiyə, zöhd, təqva nemətlərdən bəhrələnmə ilə zidd deyil.
2. İslam məktəbində maddiyyat mənəviyyatın müqəddiməsidir.
3. İslam qidalanmada sağlamlıq məsələlərinə diqqətlidir.
4. Xalqın dolanışığını təmin etməmiş və onlara məhəbbət göstərməmiş onlardan umacağınız olmasın.
5. Şükür allahpərəstlik və xalis tövhid nişanəsidir. Əgər insan ruzini öz çalışmaqlarının, sərmayəsinin, bacarığının nəticəsi bilsə, bu işdə Allahın rolunu nəzərdən qaçırar və Ona şükürdən məhrum qalar.
6. Şükür ibadətin aşkar nümunəsidir.
7. Allaha şükür vacibdir.
8. Allahpərəst insan Allahın halal etdiyini özbaşına haram saymır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 172-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 172-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).
Əl-Bəqərə surəsi 172-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 172-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 172-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 172-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 172-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Sizə ruzi edilmiş pak nemətlərdən yeyin, Allaha şükür edin. Əgər yalnız Ona pərəstiş edirsinizsə!” Nöqtələr Həzrət peyğəmbərdən nəql olunmuşdur ki, Allah belə buyurmuşdur: "İnsanları Mən yaradıram, amma onlar başqasına pərəstiş edir. Mən onlara ruzi verirəm, amma onlar başqasına təşəkkür edirlər.”("Mu`minun”, 51. ) Quran insana bir işi qadağan etmək istədikdə, əvvəlcə bu işin mübah (halal) yolunu göstərir, sonra qadağan edir. Növbəti ayədə hansısa qida qadağan olunmazdan qab...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.