Əl-Bəqərə surəsi · 171-ci ayə

Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 171
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kafirlər səs və nidadan başqa bir şey eşitməyib çağırılan kəs kimidirlər. Onlar karlar, lallar və korlardır. Bu səbəbdən də düşünmürlər.”
Nöqtələr
Dua” yaxından çağırma, "nida” uzaqdan çağırma mənasını bildirir.
Bu ayədə iki təşbeh var: Haqqa çağıran kəs çobana, kafirlər isə çobanın dediklərindən yalnız onun fəryadını anlayan heyvanlara bənzədilir. Yəni Peyğəmbərə bildirilir ki, o, imansız qövmü haqqa çağırmaqda və yüzlərlə kor-koranə təqlidi aradan qaldırmaqda qoyunları təhlükədən qurtarmaq üçün səsləyən şəxsə bənzəyir. Amma bu fəryadı dərk etmirlər. Çünki onların gözləri və qəlbləri bağlanmışdır və əslində lal, kar, kordurlar.
Bildirişlər
1. Göz, qulaq və dil o zaman faydalı olur ki, düşüncəyə müqəddimə olsun. Yoxsa elə heyvanların da gözü və qulağı var.
2. Yalnız düşüncə ilə yanaşı sorğu, dinləmə və görmə tanıma yoludur.
3. Haqqın dəvəti qarşısında biganəlik göstərənlərdə beş çirkin sifət var. Heyvanlıq, korluq, karlıq, lallıq, ağılsızlıq.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 171-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 171-ci ayəsi nə haqqındadır?
Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.
Əl-Bəqərə surəsi 171-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 171-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 171-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 171-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 171-ci ayənin təfsiri nədir?
"Kafirlər səs və nidadan başqa bir şey eşitməyib çağırılan kəs kimidirlər. Onlar karlar, lallar və korlardır. Bu səbəbdən də düşünmürlər.” Nöqtələr Dua” yaxından çağırma, "nida” uzaqdan çağırma mənasını bildirir. Bu ayədə iki təşbeh var: Haqqa çağıran kəs çobana, kafirlər isə çobanın dediklərindən yalnız onun fəryadını anlayan heyvanlara bənzədilir. Yəni Peyğəmbərə bildirilir ki, o, imansız qövmü haqqa çağırmaqda və yüzlərlə kor-koranə təqlidi aradan qaldırmaqda qoyunları təhlükədən qurtarmaq üç...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.