Əl-Bəqərə surəsi · 155-ci ayə

Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 155
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.”
Nöqtələr
Allah təala bütün insanları imtahana çəkir. Amma bütün sınaqlar eyni olmur. Bütün yer üzü sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir.
Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır. Əvvəlki iki ayədə bu yol göstərilmişdir.
Bütün insanların təkbətək sınaqlardan keçirilməsi zəruri deyil. Mümkündür ki:
a) Hərə bir şeylə sınağa çəkilsin;
b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;
v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.
Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr.”("Ali-İmran”, 146. )
Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. Quranda oxuyuruq: "Onları sınağa çəkmək üçün şirin (dadlı) su içirdik.”("Bəqərə”, 153. )
Allah səbirlilərə bir sıra lütflər etmişdir:
Məhəbbət("Furqan”, 75.); qələbə("Zümər”, 10. ); behişt("Bəqərə”, 155. ); saysız-hesabsız mükafat("Bihar”, c. 45, s. 46. ); müjdə("Məryəm”, 67; "İnsan”, 1.).
İlahi sınaqdan çıxmağın bir neçə yolu var:
a) Səbir və müqavimət;
b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət;
v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət.
İmam Hüseyn (ə), qucağındakı körpə övladı oxa tuş gəlib şəhid olduqda, buyurdu: "Bu çətin hadisəni Allah gördüyü üçün mənə asandır.”("Dürrül-Mənsur”, c. 1, s. 377.)
Bildirişlər
1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.
2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir.
3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 155-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 155-ci ayəsi nə haqqındadır?
Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver.
Əl-Bəqərə surəsi 155-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 155-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 155-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 155-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 155-ci ayənin təfsiri nədir?
"Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.” Nöqtələr Allah təala bütün insanları imtahana çəkir. Amma bütün sınaqlar eyni olmur. Bütün yer üzü sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.