Əl-Bəqərə surəsi · 153-cü ayə

Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 153
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir.
Nöqtələr
Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: "Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.
Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedir. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı qəlbin iştirakı və diqqətlə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca dünya çətinlikləri, eləcə də dünya ləzzətləri kiçik görünür.
İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə uyğun ayənin göstərişlərinə əməl etməlidir.
Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O, səbirlilərlədir. Ona görə də elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.("Təfsiri-Ətyabul-bəyan”, c. 2, s. 258. )
Rəvayətdə oxuyuruq ki, Həzrət Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rəkət namaz qılardı.("Təfsiri-Rahnüma”.) Bu üsula Əbu Əli Sina da əməl etmişdir.
Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir təqva mayasıdır.("Hədid”, 4. )
Bildirişlər
1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar. ("Təfsiri-bəyan”. )
2. Namaz lingdir, yük deyildir.
3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.
4. Allah hər yerdə, hər kəslə olsa da,("Nəhcül-bəlağə”, xütbə. 143. ) Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 153-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 153-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir.
Əl-Bəqərə surəsi 153-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 153-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 153-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 153-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 153-cü ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir. Nöqtələr Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: "Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir. Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud i...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.