Əl-Bəqərə surəsi · 15-ci ayə

Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 15-ci ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
15. اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
"Allah da onlara istehza edər və o qədər möhlət verər ki, öz zəlalətləri içində avara qalsınlar.”
Nöqtələr
"Yəməhun” sözü "əmə” sözündəndir. "Əma” isə "əmə” sözündən fərqlənir. "Əma” zahiri kora, "əmə” isə batini kora deyilir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 30. )
İmam Riza (ə) bu ayənin təfsirində buyurur: "Allah məkr, hiylə və istehza əhli deyil. O, sadəcə, məkr və istehzaların cəzasını verir.”("Ali-İmran”, 177. ) Allah münafiqləri öz tüğyanları içində özbaşına buraxır ki, qərq olsunlar. Qəlbin daşlaşmasından, şeytanın qələbəsindən, onun vəsvəsələrindən, günaha meyldən, ibadətə rəğbətsizlikdən, pis adamlarla yoldaşlıqdan, dünyaya baş qatmaqdan, haqdan qəflətdə qalmaqdan ağır cəza nə ola bilər?! Münafiqlər isə bütün bu cəzalara düçar olasıdırlar.
Münafiqlər ikili rəftar edirlər. Ona görə onlarla da ikili rəftar ediləcək. Onlar dünyada müsəlman, axirətdə isə kafir hökmündə olacaqlar.
Bildirişlər
1. Allahın cəzaları günahlara uyğun olur.
2. Münafiqlərin hiylələri möminlərə yox, Allaha qarşı yönəlmişdir. Onlar möminlərə məsxərə edir, cavablarını isə Allahdan alırlar.
3. İstehzaya cavab olaraq istehzanın eybi yoxdur. Necə ki, təkəbbür qarşısında təkəbbür göstərmək olar.
4. Allahın möhlət verməsi və çox bağışlaması insanı qürrələndirməməlidir.
5. İtaətsizlik və tüğyan məəttəlçiliyə, çaşqınlığa şərait yaradır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 15-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 15-ci ayəsi nə haqqındadır?
Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.
Əl-Bəqərə surəsi 15-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 15-ci ayənin təfsiri nədir?
15. اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ "Allah da onlara istehza edər və o qədər möhlət verər ki, öz zəlalətləri içində avara qalsınlar.” Nöqtələr "Yəməhun” sözü "əmə” sözündəndir. "Əma” isə "əmə” sözündən fərqlənir. "Əma” zahiri kora, "əmə” isə batini kora deyilir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 30. ) İmam Riza (ə) bu ayənin təfsirində buyurur: "Allah məkr, hiylə və istehza əhli deyil. O, sadəcə, məkr və istehzaların cəzasını verir.”("Ali-İmran”, 177. ) A...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.