Əl-Bəqərə surəsi · 140-cu ayə

Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və (Yəqubun nəvələri olan) Əsbat yəhudi ya da xaçpərəst olublar? De: «Siz daha çox bilirsiniz yoxsa Allah» (ki, onların yəhudilik və xaçpərəstlikdən uzaq olduqlarına şəhadət vermişdir və siz bunu bilir və gizlədirsiniz)? Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadəti gizlədəndən daha zalım kim ola bilər?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 140
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yoxsa deyirlər ki, İbrahim, İsmail, İshaq, Yaqub, Əsbat yəhudi və məsihi idilər? De ki, siz yaxşı bilirsiniz, yoxsa Allah? (Nə üçün həqiqəti gizlədirsiniz?) (Peyğəmbərlər haqqında) ilahi and və şəhadəti Allahın yanında ola-ola gizlədəndən də zalımı kimdir? Allah sizin əməllərinizdən xəbərsiz deyil.”
Nöqtələr
Bu ayə kitab əhlinə digər bir xitabdır. Siz yəhudiliyiniz və ya məsihiliyinizlə o qədər fəxr edirsiniz ki, hətta Allahın ən böyük övliyalarına ən ağır böhtanlar da atmağa hazırsınız! Yoxsa Tövrat və İncildən əvvəl gəlmələrinə baxmayaraq, İbrahimi, İsmaili, İshaqı, Yaqubu və başqa peyğəmbərləri yəhudi və məsihi sayırsınız? Bildiyiniz həqiqəti gizlətməyiniz sitəmkarlıq deyilmi? Siz aşkar tarixi bir həqiqəti xalqdan gizləyirsiniz və iddia edirsiniz ki, bütün peyğəmbərlər yəhudi və məsihi olmuşdur. Amma unutmayın ki, Allah sizin bütün işlərinizdən xəbərdardır.
Bildirişlər
1. İnsanda təəssüb elə bir həddə çata bilər ki, o hətta tarixi gerçəklikləri də təhrif və inkar etməkdən çəkinməz.
2. Zülmlərin ən böyüyü etiqadi zülm və həqiqətlərin gizlədilməsidir.
3. Allahın pərdələmə və zülmlərdən xəbərdar olduğu yadımızda qalmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 140-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 140-cu ayəsi nə haqqındadır?
Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və (Yəqubun nəvələri olan) Əsbat yəhudi ya da xaçpərəst olublar? De: «Siz daha çox bilirsiniz yoxsa Allah» (ki, onların yəhudilik və xaçpərəstlikdən uzaq olduqlarına şəhadət vermişdir və siz bunu bilir və gizlədirsiniz)? Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadəti...
Əl-Bəqərə surəsi 140-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 140-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 140-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 140-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 140-cu ayənin təfsiri nədir?
"Yoxsa deyirlər ki, İbrahim, İsmail, İshaq, Yaqub, Əsbat yəhudi və məsihi idilər? De ki, siz yaxşı bilirsiniz, yoxsa Allah? (Nə üçün həqiqəti gizlədirsiniz?) (Peyğəmbərlər haqqında) ilahi and və şəhadəti Allahın yanında ola-ola gizlədəndən də zalımı kimdir? Allah sizin əməllərinizdən xəbərsiz deyil.” Nöqtələr Bu ayə kitab əhlinə digər bir xitabdır. Siz yəhudiliyiniz və ya məsihiliyinizlə o qədər fəxr edirsiniz ki, hətta Allahın ən böyük övliyalarına ən ağır böhtanlar da atmağa hazırsınız! Yoxsa ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.