Əl-Bəqərə surəsi · 139-cu ayə

De: «Bizimlə Allah(ın işi) barəsində höcətləşirsiniz (ki, peyğəmbəri nə üçün ərəblərdən seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz və (həm də) sizin Rəbbinizdir və bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi həmin əməl və sədaqətdir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 139
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər! Kitab əhlinə) de ki, yoxsa Allah haqqında bizimlə mübahisə edirsiniz? Bir halda ki, O bizim və sizin Allahınızdır. Bizim əməllərimiz bizim üçün, sizin əməlləriniz isə sizin üçündür. Biz Onun üçün xalisanə ibadət edirik.”
Nöqtələr
Bu ayə kitab əhlinə bir xəbərdarlıqdır. Onlar əsasız iddialarından əl götürməlidirlər. Onlar deyirdilər: Biz Allaha daha yaxınıq, onun övladlarıyıq və ya əzizləriyik. Bəni-İsrail elə güman edir ki, bütün peyğəmbərlər həmin nəsildən olmalıdır. Onlar dinlərinin və səmavi kitablarının qədimliyinə görə özlərini üstün sayırdılar. Onlara elə gəlirdi ki, Allahın lütfü yalnız onların halına şamildir. Elə bu düşüncələrlə də müsəlmanlarla didişirdilər.
Bildirişlər
1. Bütün bəşəriyyətin ixtiyar sahibi Allahdır. Onun hamıya lütfü var. O istənilən bir nəsildən olan insana xüsusi ətalar edə bilər.
2. Hər kəsin xoşbəxtliyi onun əməllərindən asılıdır. İddia və şüar səmərəsizdir.
3. Allaha yaxınlıq ölçüsü xalisanə ibadət və Allahı şəriksiz bilməkdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 139-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 139-cu ayəsi nə haqqındadır?
De: «Bizimlə Allah(ın işi) barəsində höcətləşirsiniz (ki, peyğəmbəri nə üçün ərəblərdən seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz və (həm də) sizin Rəbbinizdir və bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi həmin əməl və sədaqətdir).
Əl-Bəqərə surəsi 139-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 139-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 139-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 139-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 139-cu ayənin təfsiri nədir?
"(Ey peyğəmbər! Kitab əhlinə) de ki, yoxsa Allah haqqında bizimlə mübahisə edirsiniz? Bir halda ki, O bizim və sizin Allahınızdır. Bizim əməllərimiz bizim üçün, sizin əməlləriniz isə sizin üçündür. Biz Onun üçün xalisanə ibadət edirik.” Nöqtələr Bu ayə kitab əhlinə bir xəbərdarlıqdır. Onlar əsasız iddialarından əl götürməlidirlər. Onlar deyirdilər: Biz Allaha daha yaxınıq, onun övladlarıyıq və ya əzizləriyik. Bəni-İsrail elə güman edir ki, bütün peyğəmbərlər həmin nəsildən olmalıdır. Onlar dinlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.