Əl-Bəqərə surəsi · 125-ci ayə

Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 125
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırla) o zaman ki, Evi xalq üçün üztutma və yığışma məhəlli, əmin-amanlıq mərkəzi qərar verdik. (Dedik:) "İbrahimin məqamından namaz üçün bir yer seçin." İbrahim və İsmailə təklif etdik ki, Bizim evimizi təvaf edənlər, mötəkiflər (üç gün məsciddə oruc halda ibadət edənlər), rükuda olanlar və səcdə edənlər üçün pak etsinlər.”
Nöqtələr
Ötən ayələrdə İbrahimin uca məqamına işarə olunduqdan sonra onun yadigarı Kəbə yada salınır və buyurulur: "Kəbəni xalq üçün "məsabə” qərar verdik. Bu sözün kökü ilkin hala qayıdış mənasını daşıyır. Kəbə bütün xalqın üz tutduğu məhəldir və bu müqəddəs məhəl əmin-amanlıq içindədir.
"Məqame-İbrahim” adlanan yer Kəbənin təqribən on üç metrliyindədir. Hacılar Allah evini təvaf etdikdən sonra bu məqam arxasında iki rəkət namaz qılmalıdırlar. Həmin yerdə bir daş vardır. Həzrət İbrahim həmin daşın üstünə çıxıb Kəbənin divarlarını qaldırmışdır. Hal-hazırda da bu daş qorunur.
Bu ayədə əhd sözü ilahi göstəriş mənasını dayışır. "Əhidna” yəni göstəriş verdik.
Allah cisim deyil ki, evə ehtiyaclı olsun. "Bəytiyə” sözü kəramət bildirir. Necə ki, "şəhrullah” sözü ramazan ayının kəraməti ilə bağlıdır. Bir yerə və ya zamana kəramət vermək üçün Allah onu Özünə aid edir. Kəbənin əzəməti haqqında təkcə bunu demək kifayət edir ki, "bəytiyə,” yəni Mənim Evimdir.” Bəzən isə belə buyurulur: "Bu evin Allahı.”
Bildirişlər
1. Həzrət İbrahim ümumbəşəri bir şəxsiyyətdir. Əvvəlki ayədə o bütün xalq üçün imam qərar verilmişdir. Bu ayədə isə Kəbə bütün xalqın vədəgahı kimi təqdim olunur.
2. Cəmiyyət imam və əmniyyətə ehtiyaclıdır. Əvvəlki və hazırkı ayə bu həqiqəti təsdiq edir.
3. Allah yolunda özünü, zövcəsini və övladını təslim edən bir şəxsin ayaq qoyduğu yerdə Allaha xatir hamı başını qoymalıdır. ("İbrahim”, 37. )
4. Ev Allaha aid olduğundan Onun xadimi də Allahın övliyası olmalıdır.
5. Allah evinin ziyarətçiləri üçün təkcə bu kəramət bəsdir ki, İbrahim və İsmail onlar üçün həmin evi paklamağın məsulu olmuşlar.
6. İbadət paklıqla əlaqəlidir.
7. İbadət və namaz o qədər mühümdür ki, hətta İbrahim və İsmailə həmin mərasimdə paklığın təmini əmr olunur.
8. Müsəlmanların məscidi pak və rəğbət doğuran olmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 125-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 125-ci ayəsi nə haqqındadır?
Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə ç...
Əl-Bəqərə surəsi 125-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 125-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 125-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 125-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 125-ci ayənin təfsiri nədir?
"(Xatırla) o zaman ki, Evi xalq üçün üztutma və yığışma məhəlli, əmin-amanlıq mərkəzi qərar verdik. (Dedik:) "İbrahimin məqamından namaz üçün bir yer seçin." İbrahim və İsmailə təklif etdik ki, Bizim evimizi təvaf edənlər, mötəkiflər (üç gün məsciddə oruc halda ibadət edənlər), rükuda olanlar və səcdə edənlər üçün pak etsinlər.” Nöqtələr Ötən ayələrdə İbrahimin uca məqamına işarə olunduqdan sonra onun yadigarı Kəbə yada salınır və buyurulur: "Kəbəni xalq üçün "məsabə” qərar verdik. Bu sözün kökü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.