Əl-Bəqərə surəsi · 121-ci ayə

Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 121
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Səmavi kitab verdiyimiz və bu kitabı layiq olduğu şəkildə tilavət edənlər ona iman gətirirlər. Onu inkar edənlər isə həmin ziyankarlardır.”
Nöqtələr
Öz inadkarlığı və azğınlığına görə məzəmmət olunan yəhudi və məsihilərin müqabilində, digər bir dəstə Allah tərəfindən təriflənir. Onlar səmavi kitaba müraciət edib, İslam peyğəmbərinin (s) zühur və besət əlamətlərini görən və ona iman gətirənlərdir.
"Ətyəbul-bəyan” təfsirində bildirilir: Bu ayədə "kitab” dedikdə Quran nəzərdə tutulur. Müraciət olunan tərəf isə Quranı bəyənilmiş şəkildə oxuyub, Peyğəmbərə (s) iman gətirənlərdir. "Əl-mizan” təfsirində də bu məna ehtimal olunmuşdur.
"Əl-mizan” təfsirində Quran tilavətinin qaydaları haqqında rəvayət nəql olunmuşdur. Bu rəvayətdə səkkiz nöqtə diqqəti cəlb edir: ayələrin tərtili (oxunuşu); ayələr haqqında düşünmək; ayələrə əməl etmək; ayələrin vədlərinə ümid etmək; pis vədlərdən qorxu; əhvalatlardan ibrət götürülməsi; ilahi əmrlərin icrası; günahların tərki. Rəvayətin sonunda İmam Sadiq (ə) buyurmuşdur: "Tilavət haqqı dedikdə təkcə ayələrin əzbərlənməsi, hərflərin təlimi, qiraət və təcvid nəzərdə tutulmur.” Rəvayətlərə əsasən, Quran tilavətinin haqqını yalnız məsum imamlar əda etmişlər("Kafi”, c. 1, s. 175. )
Bildirişlər
1. Hətta müxaliflərlə insaflı rəftar etmək lazımdır.
2. Tilavət haqqı təkcə gözəl səslə oxumaq, təcvid qaydalarına əməl etmək deyil. İman və əməl də bu haqlardandır.
3. Əqidə məktəbi seçimində yanlışlığa düçar olan kəs əsil ziyankardır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 121-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 121-ci ayəsi nə haqqındadır?
Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.
Əl-Bəqərə surəsi 121-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 121-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 121-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 121-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 121-ci ayənin təfsiri nədir?
"Səmavi kitab verdiyimiz və bu kitabı layiq olduğu şəkildə tilavət edənlər ona iman gətirirlər. Onu inkar edənlər isə həmin ziyankarlardır.” Nöqtələr Öz inadkarlığı və azğınlığına görə məzəmmət olunan yəhudi və məsihilərin müqabilində, digər bir dəstə Allah tərəfindən təriflənir. Onlar səmavi kitaba müraciət edib, İslam peyğəmbərinin (s) zühur və besət əlamətlərini görən və ona iman gətirənlərdir. "Ətyəbul-bəyan” təfsirində bildirilir: Bu ayədə "kitab” dedikdə Quran nəzərdə tutulur. Müraciət olu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.