Əl-Bəqərə surəsi · 119-cu ayə

Şübhəsiz, Biz səni haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən (risaləti çatdırdıqdan və dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) Biz səni haqq olaraq göndərdik ki, müjdə verən və qorxudan olasan. Sən cəhənnəm əhli üçün məsul deyilsən.”
Nöqtələr
Ayələrdə buyurulur: "Ey peyğəmbər! Kafirlərin yersiz istəklərinə məhəl qoyma. Onlar istəyirlər ki, onlar üçün çoxsaylı vərəqlərdə ayələr nazil olsun.("Kafi”, c. 1, s. 215. ) Halbuki Biz səni xalq üçün haqq bir məntiqlə göndərdik ki, müjdə və qorxutma yolu ilə onları öz səadətləri ilə tanış edəsən. Əgər bir dəstə bəhanə axtarıb, haqqı qəbul etməkdən boyun qaçırdısa və onlara vəhy nazil olmasını umdusa, sən onların cəhənnəm əhli olmasına məsul deyilsən. Sənin öhdənə yalnız müjdə vermək və qorxutmaq düşür.
Müjdə və qorxutma insanın azad olması nişanəsidir. Quranda dəfələrlə bəyan olunmuşdur ki, Allahın işi müjdə və qorxutma ilə yanaşı, haqq məntiqlə məsum peyğəmbərlər göndərməkdir. Azad şəkildə haqqı qəbul etmək və ya boyun qaçırmaq xalqın öz öhdəsinədir.
Bildirişlər
1. Düşmən tərəfindən yaradılmış hər bir ruhi düşkünlüyün aradan qaldırılması üçün Allah tərəfindən gücləndirməyə, təsəlli və təskinliyə ehtiyac var. (Əvvəlki ayədə kafirlərin bəhanələri nəql olundu. Bu ayədə isə həzrət Peyğəmbər (s) "bil-həqq” kəlməsi ilə gücləndirilir.)
2. Müjdə və hədə tərəzinin iki gözü kimi tarazlaşdırılmalıdır. Əks təqdirdə, qürur və ümidsizliklə üzləşəsiyik.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 119-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 119-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, Biz səni haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən (risaləti çatdırdıqdan və dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan.
Əl-Bəqərə surəsi 119-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 119-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 119-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 119-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 119-cu ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) Biz səni haqq olaraq göndərdik ki, müjdə verən və qorxudan olasan. Sən cəhənnəm əhli üçün məsul deyilsən.” Nöqtələr Ayələrdə buyurulur: "Ey peyğəmbər! Kafirlərin yersiz istəklərinə məhəl qoyma. Onlar istəyirlər ki, onlar üçün çoxsaylı vərəqlərdə ayələr nazil olsun.("Kafi”, c. 1, s. 215. ) Halbuki Biz səni xalq üçün haqq bir məntiqlə göndərdik ki, müjdə və qorxutma yolu ilə onları öz səadətləri ilə tanış edəsən. Əgər bir dəstə bəhanə axtarıb, haqqı qəbul etməkdən boyun qaçırdısa ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.