Əl-Bəqərə surəsi · 116-cı ayə

Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 116
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Kitab əhli və müşriklərdən bəziləri) dedilər: "Allah özü üçün övlad götürmüşdür.” O, (bu sifətdən) münəzzəh, pakdır. Göylərdə və yerdə olanlar Onundur. Hamı Onun qarşısında itaətdədir.”
Nöqtələr
Kitab əhli və müşriklərin hər biri bir şəkildə Allahın övlad sahibi olduğunu düşünmüşlər. Yəhudilər deyirdilər ki, Uzəyr (Üzeyir) Allahın övladıdır.(Tövbə”, 30. ) Məsihilər isə həzrət İsanı Allahın oğlu bilirdilər.("Nəhl”, 57. ) Müşriklər də öz növbəsində mələkləri Allahın övladları kimi tanıyırdılar.("Kafi”, c. 1, s. 109. ) Uyğun ayə bütün bu yersiz və yanlış düşüncələri rədd edir, Allahın zatının bu sayaq sifətlərdən pak olduğunu bəyan edir.
Allahı özümüzlə müqayisə etməyək. İnsanın övlada ehtiyac duymasının aşağıdakı səbəbləri var:
1. İnsanın ömrü məhduddur, özünün və nəslinin davamını istəyir.
2. İnsanın qüdrəti məhduddur, onun köməkçiyə ehtiyacı var.
3. İnsan məhəbbətə ehtiyaclıdır və munis axtarışındadır.
Amma Allah bütün bu ehtiyaclardan və çatışmazlıqlardan uzaqdır, pakdır. Əksinə, göylərdə və yerdə olanların hamısı Onun qarşısında təvazödədir.
Bildirişlər
1. Göylərin və yerin ixtiyarı əlində olan Allahın övlad götürməyə nə ehtiyacı var?!
2. Yalnız varlıq aləminin sahibi qarşısında xüşu və təvazö yerlidir. Bir milçək yaratmaqda aciz olan və kiçik zərəri dəf edə bilməyən zalımların və bütlərin qarşısında təvazökarlıq olmaz.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 116-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 116-cı ayəsi nə haqqındadır?
Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər v...
Əl-Bəqərə surəsi 116-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 116-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 116-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 116-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 116-cı ayənin təfsiri nədir?
"(Kitab əhli və müşriklərdən bəziləri) dedilər: "Allah özü üçün övlad götürmüşdür.” O, (bu sifətdən) münəzzəh, pakdır. Göylərdə və yerdə olanlar Onundur. Hamı Onun qarşısında itaətdədir.” Nöqtələr Kitab əhli və müşriklərin hər biri bir şəkildə Allahın övlad sahibi olduğunu düşünmüşlər. Yəhudilər deyirdilər ki, Uzəyr (Üzeyir) Allahın övladıdır.(Tövbə”, 30. ) Məsihilər isə həzrət İsanı Allahın oğlu bilirdilər.("Nəhl”, 57. ) Müşriklər də öz növbəsində mələkləri Allahın övladları kimi tanıyırdılar.(...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.