Əl-Bəqərə surəsi · 104-cü ayə

Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirmiş kəslər! (Peyğəmbərə) "raina” deməyin "unzurna” deyin ("bizi nəzərdə saxla," bu tövsiyəni) eşidin və kafirlər üçün dərdli əzab var.”
Nöqtələr
Bəzi müsəlmanlar peyğəmbərin dediklərini yaxşı dərk etmək üçün onun aram, öz hallarına uyğun danışmasını istəyirdilər. Bu istəklərini "raina”("Nüxbətut-təfasir”. ) sözü ilə bildirirdilər. Amma bu söz yəhudilərin dilində ədəbsiz səsləndiyindən ayə nazil oldu ki, "raina” əvəzinə "unzurna” söyləsinlər. Bununla da düşmənin sui-istifadəsinin qarşısı alındı.
Bu ayə "ey iman gətirənlər” müraciəti ilə başlayan ilk ayədir. Bundan sonra Quranda səksən dəfədən çox bu şəkildə xitab olmuşdur.
Bildirişlər
1. Sözlərin necə səslənməsinə diqqətli olun. Çünki yaxşı niyyətlə deyilmiş bir söz pis səslənə bilər. Sözün necə qəbul olunacağı barədə də düşünmək lazımdır.
2. Düşmən bizim bütün hərəkətlərimizi və sözlərimizi izləyir. O hər bir mümkün fürsətdən istifadə edib zərbə vurmaq istəyir.
3. İslam münasib sözlər seçməklə ölçülü bəyanata, səlis üsluba, mətləbin çatdırılmasına diqqət göstərir.
4. Böyüklər və müəllimlərlə danışarkən danışıq ədəbinə riayət olunmalıdır.
5. Əgər başqalarını ədəbə riayət etməyə çağırırıqsa, əvvəlcə özümüz xalqla danışıqda ədəbi gözləməliyik. "Ey iman gətirənlər” müraciəti möhtərəm bir xitabdır.
6. Bir şey qadağan olunursa, onun yerinə digər bir münasib şey tanıtdırılmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 104-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 104-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
Əl-Bəqərə surəsi 104-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 104-cü ayənin təfsiri nədir?
"Ey iman gətirmiş kəslər! (Peyğəmbərə) "raina” deməyin "unzurna” deyin ("bizi nəzərdə saxla," bu tövsiyəni) eşidin və kafirlər üçün dərdli əzab var.” Nöqtələr Bəzi müsəlmanlar peyğəmbərin dediklərini yaxşı dərk etmək üçün onun aram, öz hallarına uyğun danışmasını istəyirdilər. Bu istəklərini "raina”("Nüxbətut-təfasir”. ) sözü ilə bildirirdilər. Amma bu söz yəhudilərin dilində ədəbsiz səsləndiyindən ayə nazil oldu ki, "raina” əvəzinə "unzurna” söyləsinlər. Bununla da düşmənin sui-istifadəsinin qa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.