Ali-İmran surəsi · 73-cü ayə

(Həmçinin dedilər): «Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: «Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəhudi böyükləri öz ardıcıllarını İslamın qəbulundan çəkindirmək üçün onlara deyirdilər:) «Sizin ayinlərinizə itaət edənlərdən başqasına iman gətirməyin.» (Ey peyğəmbər, onlara) de ki, səadət yolu Allahın göstərdiyi yoldur. Digər bir ümmətə də sizə verildiyi kimi (kitab və şəriət) verilməsi, Allah hüzurunda onların sizlə mübahisəsi mümkündür. (Ey peyğəmbər, onlara) de ki, fəzl və rəhmət Allahın əlindədir. O, istədiyinə əta edir. Allah geniş rəhmət və sonsuz elm sahibidir.”
Nöqtələr
Kitab əhli yəhudilərin İslama üz tutmasından narahat idilər. Bu meylin qarşısını almaq üçün təbliğ edirdilər.
Bildirişlər
1. İslam düşmənləri öz qurğularında məxfi iş görülməsini və yalnız özlərinə etimadı tövsiyə edirlər. İman sözünün bir mənası da etimad və arxayınçılıqdır.
2. İlahi hidayət tarix boyu davam etmiş bir cərəyandır. O, xüsusi bir qövmə xas deyil.
3. Təəssüb və özünü üstün bilmək dindarlığın bəlalarından biridir.
4. Allahın lütfləri xüsusi bir dəstəyə aid deyil. Nübuvvət və hidayət ilahi bir fəzldir və Allah onu istədiyinə verər.
5. Allah peyğəmbərləri elm əsasında seçir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 73-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 73-cü ayəsi nə haqqındadır?
(Həmçinin dedilər): «Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların d...
Ali-İmran surəsi 73-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 73-cü ayənin təfsiri nədir?
"(Yəhudi böyükləri öz ardıcıllarını İslamın qəbulundan çəkindirmək üçün onlara deyirdilər:) «Sizin ayinlərinizə itaət edənlərdən başqasına iman gətirməyin.» (Ey peyğəmbər, onlara) de ki, səadət yolu Allahın göstərdiyi yoldur. Digər bir ümmətə də sizə verildiyi kimi (kitab və şəriət) verilməsi, Allah hüzurunda onların sizlə mübahisəsi mümkündür. (Ey peyğəmbər, onlara) de ki, fəzl və rəhmət Allahın əlindədir. O, istədiyinə əta edir. Allah geniş rəhmət və sonsuz elm sahibidir.” Nöqtələr Kitab əhli ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.