Ali-İmran surəsi · 46-cı ayə

«İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Sənə müjdə verilən körpə) beşikdə və orta yaşlarında (vəhy vasitəsi ilə) xalqla danışar. O salehlərdəndir.”
Nöqtələr
Bu körpənin beşikdə danışması həm gələcək haqqında verilən xəbər, həm də həzrət İsanın möcüzəsidir. Böyüdüyü vaxt danışması digər bir qeybi xəbərdir. Qabaqcadan bildirilir ki, o yaşlaşanadək sağ qalacaq. Onun ləyaqət və möhtərəmliyi haqqında verilən xəbərlər də öncədən verilən bir xəbər və müjdədir.
Bildirişlər
1. Məryəmə zövcəsi olmadan övlad verə bilən kəs həmin övladın beşikdə də dilini aça bilər.
2. Allah paklığı çirkin böhtanlardan qorumaq istədiyi vaxt körpənin də dilini açar.
3. İlahi bildirişi bir insan uşaq yaşında da başqalarına çatdıra bilər. (İmam Cavad (ə), imam Hadi (ə), imam Məhdi (ə) uşaq yaşlarında imamət məqamına çatmışlar.)
4. Allah istəyəndə körpə də böyük kimi danışır.
5. Məryəm kimi saleh bir qadından İsa kimi övlad dünyaya gəlir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 46-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 46-cı ayəsi nə haqqındadır?
«İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»
Ali-İmran surəsi 46-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 46-cı ayənin təfsiri nədir?
"(Sənə müjdə verilən körpə) beşikdə və orta yaşlarında (vəhy vasitəsi ilə) xalqla danışar. O salehlərdəndir.” Nöqtələr Bu körpənin beşikdə danışması həm gələcək haqqında verilən xəbər, həm də həzrət İsanın möcüzəsidir. Böyüdüyü vaxt danışması digər bir qeybi xəbərdir. Qabaqcadan bildirilir ki, o yaşlaşanadək sağ qalacaq. Onun ləyaqət və möhtərəmliyi haqqında verilən xəbərlər də öncədən verilən bir xəbər və müjdədir. Bildirişlər 1. Məryəmə zövcəsi olmadan övlad verə bilən kəs həmin övladın beşikd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.