Ali-İmran surəsi · 33-cü ayə

Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Doğrudan da, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini dünya əhli üçün seçdi.”
Nöqtələr
Əvvəlki ayədə peyğəmbərə itaət göstərişi verildi. Bu ayədə əvvəlki göstərişin dəlili olaraq bildirilir ki, Allahın seçimi insanların kamal baxımından bir-birindən üstün olmasına əsaslanır.
Peyğəmbərlərin seçilməsi vəhy, elm, iman və ismət yolu ilə gerçəkləşir.("Kafi”, c. 8, s. 117. )
İmam Baqir (ə) hazırkı ayə haqqında buyurmuşdur: "Biz həmin seçilmişlərdən və həmin ailədən qalanlarıq.”("Təfsire-Əyyaşi”, c. 1, s. 168. )
Bildirişlər
1. Bütün insanlar eyni səviyyədə olmur. Allah bəzi insanları ağır risalət yükü ilə vəzifələndirmək üçün üstün edir.
2. Bəşər nəslinin ilk övladı Allahın peyğəmbəri olmuşdur ki, insanlar heç vaxt hidayətsiz qalmasınlar.
3. Bəşər tarixi boyu peyğəmbərlik cərəyanı davam etmişdir.
4. Bəzi peyğəmbərlərin risaləti bütün dünyanı əhatə etmişdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 33-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 33-cü ayəsi nə haqqındadır?
Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.
Ali-İmran surəsi 33-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 33-cü ayənin təfsiri nədir?
"Doğrudan da, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini dünya əhli üçün seçdi.” Nöqtələr Əvvəlki ayədə peyğəmbərə itaət göstərişi verildi. Bu ayədə əvvəlki göstərişin dəlili olaraq bildirilir ki, Allahın seçimi insanların kamal baxımından bir-birindən üstün olmasına əsaslanır. Peyğəmbərlərin seçilməsi vəhy, elm, iman və ismət yolu ilə gerçəkləşir.("Kafi”, c. 8, s. 117. ) İmam Baqir (ə) hazırkı ayə haqqında buyurmuşdur: "Biz həmin seçilmişlərdən və həmin ailədən qalanlarıq.”("Təfsire-Əy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.