Ali-İmran surəsi · 28-ci ayə

Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı və onları rəhbər seçməməlidirlər. Belə edənlərin Allah yanında heç bir dəyərləri yoxdur. Kafirlərdən qorxub təqiyyə edən istisnadır. (Daha mühüm məqsədlər naminə müvəqqəti olaraq onlarla keçinin.) Allah sizə xəbərdarlıq edir. Qayıdış Allaha doğrudur.”
Nöqtələr
Əvvəlki ayələrdə Allahın sonsuz qüdrəti ilə bağlı verilən məlumatları nəzərə aldıqda kafirlərin hakimiyyətinin qəbuluna yer qalmır.
Bu ayədə xarici siyasətin siması, kafirlərlə rəftar qaydası, təqiyyə və təqiyyədən sui-istifadənin qarşısının alınması şərtləri bəyan olunmuşdur.
Təqiyyə müxaliflərin əzab-əziyyəti qorxusundan həqiqi əqidəni gizlətmək, təhlükədən uzaq olmaq üçün onlarla mübarizəni tərk etməkdir. Təqiyyə bəzən vacib, bəzən isə haram olur. Quranda "Nəhl” surəsinin 106-cı ayəsində təqiyyə haqqında danışılmışdır. Bu ayə Əmmar Yasirin şəninə nazil olmuşdur.
Bildirişlər
1. Möminlərin kafir hakimiyyətini qəbul etməsi qadağandır. (Əgər dünya müsəlmanları yalnız bu ayəyə əməl etsəydilər, indi İslam məmləkətlərinin vəziyyəti başqa cür olardı.)
2. İslam cəmiyyətində müdiriyyət və rəhbərlik üçün iman əsas şərtdir.
3. Siyasi əlaqələr kafirlərin hakimiyyətinin qəbuluna və onlara qəlbən bağlılığa səbəb olmamalıdır.
4. Hər hansı rabitə və ya rabitənin qırılması düşüncə və əqidə əsasında olmalıdır. Ailə, tayfa və irqi bağlılıqlar rabitə üçün əsas ola bilməz.
5. Hər kəs kafirlərin ardınca getsə, Allah onu özbaşına buraxar və Öz qeybi yardımlarından məhrum edər.
6. Bəzən uca məqsədlərə çatmaq naminə kafirlərlə zahiri əlaqələr qurmaq olar.
7. Təqiyyə dinin hifzi üçündür. Təqiyyə bəhanəsi ilə məbada kafirlərə meyl edəsiniz və təqiyyə adından sui-istifadə olunsun.
8. Din təhlükədə olduğu hallarda hər şey fəda olunmalıdır və Allahdan qeyrisindən qorxmaq olmaz.
9. Məadı xatırlamaq təqvanın ən üstün amilidir.
10. Dünyanın bir neçə günlük ləzzəti və rifahından ötrü məbada kafirlərin hakimiyyətini qəbul edəsiniz. Hamının qayıdışı Allaha doğrudur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 28-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 28-ci ayəsi nə haqqındadır?
Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.
Ali-İmran surəsi 28-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 28-ci ayənin təfsiri nədir?
"İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı və onları rəhbər seçməməlidirlər. Belə edənlərin Allah yanında heç bir dəyərləri yoxdur. Kafirlərdən qorxub təqiyyə edən istisnadır. (Daha mühüm məqsədlər naminə müvəqqəti olaraq onlarla keçinin.) Allah sizə xəbərdarlıq edir. Qayıdış Allaha doğrudur.” Nöqtələr Əvvəlki ayələrdə Allahın sonsuz qüdrəti ilə bağlı verilən məlumatları nəzərə aldıqda kafirlərin hakimiyyətinin qəbuluna yer qalmır. Bu ayədə xarici siyasətin siması, kafirlərlə rəftar qa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.