Ali-İmran surəsi · 27-ci ayə

«Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Pərvərdigara,) Sən gecəni gündüzə və gündüzü gecəyə gətirirsən. Diridən ölü, ölüdən diri çıxarırsan. İstədiyinə saysız-hesabsız ruzi verirsən.”
Nöqtələr
İnsanda tövhid ruhunu çiçəkləndirmək üçün bu və bundan qabaqkı ayədə Allahın qüdrət nişanələri on iki dəfə yada salınır.
Gecənin gündüzə və ya gündüzün gecəyə daxil olunması dedikdə, müxtəlif fəsillərdə gecə və gündüzün uzunluğunun artıb-əskilməsi və ya tədrici qürubla tülu (gün çıxması) nəzərdə tutulur. Əvvəlki məna daha məntiqli görünür.
Allahın dirini ölüdən çıxarması qüdrətinin bir nümunəsi cansız qida maddəsindən diri hüceyrələr yaratmasıdır.
Bəzən ölü qəlbli kafirlərin mömin övladları, diri qəlbli möminlərin kafir övladları olur. Bu da ayədəki məfhumun nümunələrindən biridir.(Təfsire-Məcməul-bəyan”, c. 2, s.728. )
«Hesabsız ruzi» dedikdə firavan və saysız ruzi nəzərdə tutulur. Ruzinin hesabı Allahın əlindədir. Belə bir məna da nəzərdə tutula bilər ki, Allahın ruzisinin hesabı sizin əlinizdə deyil. Belə ki, bu ruzi güman etmədiyiniz yerdən sizə verilir.
Ruziyə münasibətdə insanlar arasındakı fərq ilahi hikmətlərdən biridir. İnsanların bir-birinə möhtac olması ictimai həyatın formalaşması amillərindəndir. Bu yolla insanlarda səxavət, fədakarlıq, səbir, qənaət kimi sifətlər çiçəklənir. Əgər ruzi eyni bölünərdisə, yuxarıda sadalanan sifətlər insanlarda üzə çıxmazdı. Birində hansısa nemət olduqda və bir başqası həmin nemətdən məhrum qaldıqda bu çatışmazlığı aradan qaldırmaq üçün insanlar bir araya gəlir, varlılarda səxavət, kasıblarda qənaət, iffət və səbir kimi sifətlər çiçəklənir.
Bildirişlər
1. Gecə və gündüzün əvəz olunması, fəsillərin yaranması ilahi bərəkət və lütflərdən biridir.
2. Yaranışdan əlavə bütün dəyişiklik və tədbirlər Onun əlindədir.
3. Allahın qüdrəti məhdud deyil. O, ölüdən diri, diridən ölü ərsəyə gətirir.
4. İlahi lütf çeşməsi nəhayətsizdir. Ruzi hesabsızdır, yəni ruzi çeşməsi üçün heç bir məhdudiyyət yoxdur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 27-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 27-ci ayəsi nə haqqındadır?
«Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mö...
Ali-İmran surəsi 27-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 27-ci ayənin təfsiri nədir?
"(Pərvərdigara,) Sən gecəni gündüzə və gündüzü gecəyə gətirirsən. Diridən ölü, ölüdən diri çıxarırsan. İstədiyinə saysız-hesabsız ruzi verirsən.” Nöqtələr İnsanda tövhid ruhunu çiçəkləndirmək üçün bu və bundan qabaqkı ayədə Allahın qüdrət nişanələri on iki dəfə yada salınır. Gecənin gündüzə və ya gündüzün gecəyə daxil olunması dedikdə, müxtəlif fəsillərdə gecə və gündüzün uzunluğunun artıb-əskilməsi və ya tədrici qürubla tülu (gün çıxması) nəzərdə tutulur. Əvvəlki məna daha məntiqli görünür. All...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.