Ali-İmran surəsi · 23-cü ayə

(Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qur’ana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Səmavi kitabdan bəhrə verilmiş kəsləri görmədinmi ki, aralarında hökm etmək üçün ilahi kitaba dəvət olunduqda onlardan bir dəstəsi (elm və agahlıqla) etiraz edərək üz döndərirlər?”
Nöqtələr
Təfsirdə deyilir ki, bir yəhudi qadınla bir yəhudi kişi ayrı-ayrı nikahda olduqları halda zinaya yol vermişdilər. Tövrat qanunlarına əsasən onlar daşqalaq edilməli idilər. Amma bu adamlar yuxarı təbəqədən olduqları üçün Tövratın göstərişlərini yerinə yetirməmək məqsədləri vardı. Onlar İslam peyğəmbərinin yanına gəldilər ki, həzrət bu məsələ ilə bağlı hökm versin. Həzrət də daşqalaq hökmü verib buyurdu: "İslamın da qanunları Tövratın qanunları kimidir.” Onlar Tövratın hökmlərini inkar etdilər.
Yəhudi alimlərindən olan İbn Sürəyya Fədəkdən Mədinəyə çağırıldı. Ondan Tövrat oxuması tələb edildi. İbn-Sürəyya məsələdən xəbərdar olduğu üçün daşqalaq ayələrinə çatdıqda bu ayələrin görünməməsi üçün əlini onların üstünə qoydu. Həmin vaxt yəhudi alimlərindən olan Abdullah ibn Salam həmin məclisdə idi və əhvalatdan xəbər tutub məsələni aşkarladı.(Tövrat, "Sifre-Təsniyə”, b. 22, "Sifre-Laviyan”, b. 20. )
Bu ayə müsəlmanlara bir xəbərdarlıqdır. Onların nəzərinə çatdırılır ki, məbada onlar da yəhudilər tək Quran qanunlarının və ilahi göstərişlərin icrasından boyun qaçırıb, xalq arasında fərq qoyalar.
Bildirişlər
1. Qanun, mühakimə və hökm kitabı səmavi kitabdır.
2. İslam insaf və başqalarına ehtiram dinidir. Başqa din alimlərindən istənilir ki, öz kitabları ilə mühakimə etsinlər.
3. Kitab əhli alimlərinin heç də hamısı pis olmayıb.
4. Üz döndərməkdən də təhlükəlisi höcətkeşlik və inadkarlıqdır.
5. Qanun kimsəyə fərq qoyulmadan eyni şəkildə icra olunmalıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 23-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 23-cü ayəsi nə haqqındadır?
(Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qur’ana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək o...
Ali-İmran surəsi 23-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 23-cü ayənin təfsiri nədir?
"Səmavi kitabdan bəhrə verilmiş kəsləri görmədinmi ki, aralarında hökm etmək üçün ilahi kitaba dəvət olunduqda onlardan bir dəstəsi (elm və agahlıqla) etiraz edərək üz döndərirlər?” Nöqtələr Təfsirdə deyilir ki, bir yəhudi qadınla bir yəhudi kişi ayrı-ayrı nikahda olduqları halda zinaya yol vermişdilər. Tövrat qanunlarına əsasən onlar daşqalaq edilməli idilər. Amma bu adamlar yuxarı təbəqədən olduqları üçün Tövratın göstərişlərini yerinə yetirməmək məqsədləri vardı. Onlar İslam peyğəmbərinin yan...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.