Ali-İmran surəsi · 200-cu ayə

Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 200
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! (Çətinliklər və nəfs istəkləri qarşısında) səbirli olun, (düşmənlər qarşısında) möhkəm dayanın (başqalarını da səbrə dəvət edin), sərhədləri qoruyun və Allahdan çəkinin. Bəlkə nicat tapasınız.”
Nöqtələr
Bu ayə müxtəlif hadisələr və müsibətlər qarşısında səbir göstərməyi tövsiyə edir.
İlk mərhələdə şəxsi problemlər və həvəslər qarşısında səbir edin.
İkinci mərhələdə kafirlərin təzyiqlərinə qarşı daha ciddi müqavimət göstərin.
Üçüncü mərhələdə elmi mübahisələr vasitəsi ilə etiqad sərhədlərini qoruyun, qəlbləri də vəsvəsələrin hücumundan hifz etməyə çalışın.
"Rabitu” sözü "ribat” kökündən olub, «bir şeyi bir yerə bağlamaq» mənasını bildirir. Karvansaraya da bu dəlilə əsasən «ribat» deyirlər. Karvanlar həmin yerdə dayanıb, öz ticarət mallarını və miniklərini orada saxlayırlar. Eləcə də, Allahın lütfünə bağlanmış qəlb ribat adlandırılmışdır. "İrtibat”, "mərbut”, "ribat” sözləri eyni kökdəndir.
Rəvayətdə bildirilir ki, "rabitu” sözü namazın intizarında olmaq mənasını bildirir.("Təfsire-Məcməül-bəyan”. ) Müsəlmanlar sanki öz qəlblərini namazda yaranan bağlılıqla möhkəmləndirirlər.
İmam Sadiq (ə) buyurmuşdur: "Vacib vəzifələrin icrasında və çətinliklər müqabilində səbir edin, rəhbərlərinizin müdafiəsinə qalxın.("Kafi”, c. 2, səh. 81. )
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Gündəlik namazlarınızda möhkəm olun, düşmənlə cihadda fəallıq göstərin, Allah yolunda bir-birinizlə həmahəng olun ki, nicat tapasınız.”("Dürrül-Mənsur”, c. 2, səh. 418. )
Bildirişlər
1. İman sayəsində kamilliklər əldə edin.
2.Fərdi çətinliklər qarşısında səbir edə bilməsəniz, din düşmənlərinə müqavimət göstərə bilməzsiniz.
3. Düşməndən geri qalmayın. Əgər kafirlər öz küfr yollarınnda müqavimət göstərib, qurban verirlərsə, mallarını xərcləyirlərsə, siz də Allah yolunda canınızla, malınızla möhkəm dayanın.
4. Müsəlmanlar bir-birlərinin müşküllərinə dözməli və bir-birlərini səbrə dəvət etməlidirlər.
5. İslam rabitə dinidir. Xalq, Allah və peyğəmbərlərlə rabitə bu qəbildəndir.
6. Səbir, dözüm və rabitə məqsədli olmalıdır. Təqva və Allahın razılığı yolunda səbir edib rabitə qurun. Başqa yolda kafirlər də bu işləri görür.
7. İslam əhatəli bir dindir. Səbir və təqva sərhədlərə diqqət məsələsi ilə yanaşı bəyan olunmuşdur.
8. Təqva imandan bir mərtəbə yuxarıdır.
9. Səbir səadət və qələbəyə çatmaq zəminəsidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 200-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 200-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.
Ali-İmran surəsi 200-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 200-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 200-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 200-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 200-cu ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! (Çətinliklər və nəfs istəkləri qarşısında) səbirli olun, (düşmənlər qarşısında) möhkəm dayanın (başqalarını da səbrə dəvət edin), sərhədləri qoruyun və Allahdan çəkinin. Bəlkə nicat tapasınız.” Nöqtələr Bu ayə müxtəlif hadisələr və müsibətlər qarşısında səbir göstərməyi tövsiyə edir. İlk mərhələdə şəxsi problemlər və həvəslər qarşısında səbir edin. İkinci mərhələdə kafirlərin təzyiqlərinə qarşı daha ciddi müqavimət göstərin. Üçüncü mərhələdə elmi mübahisələr vasitəsi ilə eti...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.