Ali-İmran surəsi · 2-ci ayə

Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allahdan başqa məbud yoxdur, O, diri və qəyyumdur.”
Nöqtələr
"Qəyyum” o varlığa deyilir ki, bir başqasına söykənməmiş olsun. Hamının söykəndiyi və ya hamıya dayaq olan varlıq qəyyumdur.
Allah yaratmaqda kamil, tədbir və hakimiyyətə malikdir. Maddi amillər və səbəblər yaranış vasitələridir. Amma bu səbəblər müstəqil deyil, onları səbəb edən var. Digər mövcudlarda müstəqil olan elm, həyat və qüdrət yoxdur. Yalnız Allah bir mövcudun diriliyini təmin edən bir diridir və hamı Ondan asılıdır.
"Cövşən-Kəbir” duasında oxuyuruq: O, hər bir diridən qabaq diri və hər bir diridən sonra diridir. Heç bir diri Ona şərik deyil və O, ehtiyacsızdır. Bütün dirilərin canı və ruzisi Onun əlindədir. O elə bir diridir ki, öz diriliyini bir başqasından irs almamışdır.”
Bildirişlər
1. Səmavi kitabların sərlövhəsi tövhiddir.
2. Məbud olmağın şərti zati kamilliklərə malik olmaqdır. Yalnız Allah Öz zatı üzərindədir və mütləq surətdə ehtiyacsızdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 2-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 2-ci ayəsi nə haqqındadır?
Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.
Ali-İmran surəsi 2-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 2-ci ayənin təfsiri nədir?
"Allahdan başqa məbud yoxdur, O, diri və qəyyumdur.” Nöqtələr "Qəyyum” o varlığa deyilir ki, bir başqasına söykənməmiş olsun. Hamının söykəndiyi və ya hamıya dayaq olan varlıq qəyyumdur. Allah yaratmaqda kamil, tədbir və hakimiyyətə malikdir. Maddi amillər və səbəblər yaranış vasitələridir. Amma bu səbəblər müstəqil deyil, onları səbəb edən var. Digər mövcudlarda müstəqil olan elm, həyat və qüdrət yoxdur. Yalnız Allah bir mövcudun diriliyini təmin edən bir diridir və hamı Ondan asılıdır. "Cövşən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.