Ali-İmran surəsi · 198-ci ayə

Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 198
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Amma öz Rəblərindən çəkinənlər üçün ağacları altından çaylar axan bağlar var. Onlar daim orada qalarlar. Bu qəbul Allah tərəfindəndir. Amma Allahın yanında olan xeyir, əməl sahibləri üçün daha üstündür.”
Nöqtələr
Ayənin ərəbcə mətnindəki "nüzul” sözü qonağın qarşılanması üçün olan ilk şeyə aiddir. Şərbət və meyvə buna misal ola bilər. Möminlərə bildirilir ki, kafirlərin ticari gediş-gəlişləri sizi təqva və imandan çıxarmasın. Sizin qəbulunuzun müqəddiməsi behişt bağlarından başlayır.
Bildirişlər
1. Dünyəvi nemətlər axirət nemətləri ilə müqayisədə heç bir şeydir.
2. Dünyəvi qazanc məqsədi ilə səy və təlaş təqvanın hifzinə və axirət mənafelərinə diqqətə mane olmur.
3. Əbədi behişt nemətlərinə diqqət insanı təqvaya sövq edir və cüzi dünya nemətlərinə aldanışın qarşısını alır.
4. Yaxşıların ("əbrar”) məqamı müttəqilərin məqamından ucadır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 198-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 198-ci ayəsi nə haqqındadır?
Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.
Ali-İmran surəsi 198-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 198-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 198-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 198-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 198-ci ayənin təfsiri nədir?
"Amma öz Rəblərindən çəkinənlər üçün ağacları altından çaylar axan bağlar var. Onlar daim orada qalarlar. Bu qəbul Allah tərəfindəndir. Amma Allahın yanında olan xeyir, əməl sahibləri üçün daha üstündür.” Nöqtələr Ayənin ərəbcə mətnindəki "nüzul” sözü qonağın qarşılanması üçün olan ilk şeyə aiddir. Şərbət və meyvə buna misal ola bilər. Möminlərə bildirilir ki, kafirlərin ticari gediş-gəlişləri sizi təqva və imandan çıxarmasın. Sizin qəbulunuzun müqəddiməsi behişt bağlarından başlayır. Bildirişlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.