Ali-İmran surəsi · 193-cü ayə

«Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 193
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Pərvərdigara! Həqiqətən, biz "rəbbinizə iman gətirin” - iman nidasını eşitdik və iman gətirdik, Pərvərdigara! Günahlarımızı bağışla, çirkli işlərimizi pərdələ və bizi yaxşılarla (birgə) öldür.”
Nöqtələr
Ayədəki "zünub” sözü kəbirə günahlara işarə ola bilər. Mümkündür ki, "səyyiat” sözü səğirə (kiçik) günahlara işarə olsun. Çünki "Nisa” surəsinin 31-ci ayəsində "kəbirə” sözünün qarşısında "səyyiat” sözü işlədilmişdir. "Səyyiat” günah əsərləri də ola bilər.
İman dəvətini qəbul edib "eşitdik” deyən düşüncə sahibləri ilə yanaşı bu dəvətə etinasızlıq göstərib qiyamətdə həsrət çəkənlər də var.("Mulk”, 10. )
Bildirişlər
1. Düşüncə sahibləri haqqı qəbul etməyə hazırdırlar. Onlar fitrətlərinin, peyğəmbərlərin, alimlərin və şəhidlərin nidasına cavab verirlər.
2. Tövbə və etiraf düşüncə nişanəsidir.
3. Duanın ilahi əfv səbəblərindən olan bir qaydası da ilahi rübubiyyətə diqqətdir.
4. İman bağışlanma səbəbidir.
5. Duada başqalarını da özümüzə şərik edək.
6. Eyibin pərdələnməsi və bağışlama rübubiyyət şəni və tərbiyə üsullarındandır.
7. İnsanın ölümü Allahın iradəsindən asılıdır.
8. Uzaqgörən düşüncə sahibləri yaxşılarla birlikdə ölümü arzulayırlar. Onlar daim xeyir aqibət fikrindədirlər.
9. Düşüncə sahibləri xeyir əməl sahiblərinin məqamını arzulayırlar.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 193-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 193-cü ayəsi nə haqqındadır?
«Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»
Ali-İmran surəsi 193-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 193-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 193-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 193-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 193-cü ayənin təfsiri nədir?
"Pərvərdigara! Həqiqətən, biz "rəbbinizə iman gətirin” - iman nidasını eşitdik və iman gətirdik, Pərvərdigara! Günahlarımızı bağışla, çirkli işlərimizi pərdələ və bizi yaxşılarla (birgə) öldür.” Nöqtələr Ayədəki "zünub” sözü kəbirə günahlara işarə ola bilər. Mümkündür ki, "səyyiat” sözü səğirə (kiçik) günahlara işarə olsun. Çünki "Nisa” surəsinin 31-ci ayəsində "kəbirə” sözünün qarşısında "səyyiat” sözü işlədilmişdir. "Səyyiat” günah əsərləri də ola bilər. İman dəvətini qəbul edib "eşitdik” deyə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.