Ali-İmran surəsi · 174-cü ayə

Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 174
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(İkinci dəfə döyüşə hazır olan yaralılar) Allahın nemət və fəzli ilə (öz yerlərinə) qayıtdılar. Onlara heç bir zərər toxunmadı və Allahın razılıq yolunu getdilər. Allah böyük fəzl sahibidir.”
Nöqtələr
Ühüd döyüşünün yaralıları həzrət Peyğəmbərin (s) göstərişi ilə növbəti dəfə səfərbər olub Həmraəl-əsəd məhəllinədək düşmənin ardınca getdikdə, düşmən müsəlmanların hazırlığından ehtiyat edib növbəti hücum fikrindən daşındı. Bu ayə Ühüd döyüşünün yaralı və xalis mücahidləri haqqında xoş sözlər deyir.
Bildirişlər
1. Allaha təvəkkül etməklə vəzifənin icrası yolunda hərəkət, çətinliklərin asanlığa dönməsi səbəbidir.
2. Allah yolunda təhlükəyə üz tutub sağ-salamat qalan insanlar çoxdur.
3. İlahi insanlar üçün əsas məsələ şəhadət yox, Allahın razılığıdır.
4. Allahın böyük fəzli haqq cəbhədə iştirak edənlərin nəsibidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 174-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 174-cü ayəsi nə haqqındadır?
Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.
Ali-İmran surəsi 174-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 174-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 174-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 174-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 174-cü ayənin təfsiri nədir?
"(İkinci dəfə döyüşə hazır olan yaralılar) Allahın nemət və fəzli ilə (öz yerlərinə) qayıtdılar. Onlara heç bir zərər toxunmadı və Allahın razılıq yolunu getdilər. Allah böyük fəzl sahibidir.” Nöqtələr Ühüd döyüşünün yaralıları həzrət Peyğəmbərin (s) göstərişi ilə növbəti dəfə səfərbər olub Həmraəl-əsəd məhəllinədək düşmənin ardınca getdikdə, düşmən müsəlmanların hazırlığından ehtiyat edib növbəti hücum fikrindən daşındı. Bu ayə Ühüd döyüşünün yaralı və xalis mücahidləri haqqında xoş sözlər deyi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.