Ali-İmran surəsi · 170-cu ayə

(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 170
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar Allahın Öz fəzlindən onlara verdiyinə görə şaddırlar. Ardlarınca gələnlərə, hələ ki, onlara qatılmamış kəslərə müjdə verirlər ki, onlara nə qorxu var, nə də bir qəmləri olacaq.”
Nöqtələr
Rəvayətdə deyilir: Bu ayə Quran və peyğəmbər Əhli-beytini (ə) heç bir kitab və rəhbərə dəyişməyən möminlərə müjdədir. Ayədən həmçinin məlum olur ki, bərzəx həyatı ruzisi, şadlığı, müjdəsi olan gerçək bir həyatdır. Məqsəd təkcə yaxşı adın tarixdə qalması deyil.
Bildirişlər
1. Şəhidlər öz əməllərinə görə yox, ilahi lütflərə görə şad olurlar.
2. Şəhidlər ilahi lütfləri öz qanlarının əvəzi yox, Allahın mərhəməti sayırlar.
3. Şəhidlər öz silahdaşlarını yaddan çıxarmır və onları xoş gələcəklə müjdələyirlər.
4. Şəhidlər birlikdə yaşayasıdırlar. Onlar bir-birinə qovuşası və digər şəhidlərin yolunu gözləyəsidirlər.
5. Başqalarının səadətinə sevinmək və onların izzət və şərəf karvanına qatılmaq bir dəyərdir.
6. Şəhidlərin alacağı ləzzət əbədilikdir. Onlar üçün neməti əldən vermək qüssəsi yoxdur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 170-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 170-cu ayəsi nə haqqındadır?
(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.
Ali-İmran surəsi 170-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 170-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 170-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 170-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 170-cu ayənin təfsiri nədir?
"Onlar Allahın Öz fəzlindən onlara verdiyinə görə şaddırlar. Ardlarınca gələnlərə, hələ ki, onlara qatılmamış kəslərə müjdə verirlər ki, onlara nə qorxu var, nə də bir qəmləri olacaq.” Nöqtələr Rəvayətdə deyilir: Bu ayə Quran və peyğəmbər Əhli-beytini (ə) heç bir kitab və rəhbərə dəyişməyən möminlərə müjdədir. Ayədən həmçinin məlum olur ki, bərzəx həyatı ruzisi, şadlığı, müjdəsi olan gerçək bir həyatdır. Məqsəd təkcə yaxşı adın tarixdə qalması deyil. Bildirişlər 1. Şəhidlər öz əməllərinə görə yo...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.