Ali-İmran surəsi · 167-ci ayə

Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 167
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Allah istədi ki,) münafiqlərin çöhrəsi məlum olsun.” Gəlin Allah yolunda döyüşün və ya (heç olmasa öz evlərinizi) müdafiə edin” deyənlərə belə cavab verdilər: "Əgər döyüş (yolunu) bilsəydik, hökmən, sizin kimi edərdik.” Onlar həmin gün imana nisbətən, küfrə daha yaxın idilər. Dillərində dedikləri qəlblərində yox idi. Allah onların gizlətdiklərindən agahdır.”
Nöqtələr
Ayədəki "əgər döyüş bilsəydik” ("Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır:
a) Sizin Ühüd üçün şəhərdən xaric olmağınız bərabər döyüş deyil, özünə qəsddir. Ona görə də biz bunu döyüş saymırıq və onda iştirak etmirik.
b) Əgər biz hərb elmini bilsəydik, iştirak edərdik.
v) Biz yəqin bilirik ki, döyüş olmayacaq, ona görə də cəbhədə iştirakı zəruri saymırıq.
Bildirişlər
1. Döyüş meydanı münafiqlərin iç üzünü açır.
2. Rəhbər xalqı düşmənə qarşı səfərbər etməlidir.
3. Cihad bəzən zalım hakimləri hakimiyyətdən uzaqlaşdırmaq üçün ibtidai (ilk addım), bəzən müsəlmanların canını və malını qorumaq üçün müdafiə məqsədi olur.
4. Onların səbəbləri, dərəcələri və dəyərləri fərqli olur.
5. Vətənin və canın müdafiəsi bir dəyərdir.
6. Münafiqlər öz məqsədlərinə don geydirirlər.
7. Cəbhədən boyun qaçırmaq küfr nişanəsidir.
8. İnsanın imanı müxtəlif şərait və zamanlarda fərqli olur.
9. Peyğəmbərin səhabələri arasında ədalətli olmayanlar da var idi.
10. Allah münafiqləri həm hədələyir, həm də ifşa edir.
11. Ühüddə aşkar olan şey nifaqın bir hissəsi idi. Nifaqdan tam şəkildə yalnız Allah xəbərdardır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 167-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 167-ci ayəsi nə haqqındadır?
Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onları...
Ali-İmran surəsi 167-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 167-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 167-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 167-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 167-ci ayənin təfsiri nədir?
"(Allah istədi ki,) münafiqlərin çöhrəsi məlum olsun.” Gəlin Allah yolunda döyüşün və ya (heç olmasa öz evlərinizi) müdafiə edin” deyənlərə belə cavab verdilər: "Əgər döyüş (yolunu) bilsəydik, hökmən, sizin kimi edərdik.” Onlar həmin gün imana nisbətən, küfrə daha yaxın idilər. Dillərində dedikləri qəlblərində yox idi. Allah onların gizlətdiklərindən agahdır.” Nöqtələr Ayədəki "əgər döyüş bilsəydik” ("Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır: a) Sizin Ühüd üçün şəhərdən xaric olmağ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.