Ali-İmran surəsi · 155-ci ayə

Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 155
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Həqiqət, iki qoşun qarşılaşdığı zaman sizlərdən (Ühüddə) üz döndərən (qaçan) kəslər oldu. Yalnız bu səbəbdən ki, şeytan onları bəzi xoşagəlməz işlərinə görə büdrətmişdi. Əlbəttə Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayan və həlimdir.”

 

Nöqtələr
Ayədə Ühüd döyüşündə meydandan qaçan bəzi müsəlmanlar haqqında danışılır. Təfsirlərdə bildirildiyi kimi, Ühüd döyüşündə beş nəfəri mühacir, səkkiz nəfəri ənsar olan 13 nəfərdən savay hamı qaçdı. Bu 13 nəfərin kimliyi (Əlidən (ə) savay) ixtilaflıdır.
Ühüd döyüşündə müsəlmanlar dörd dəstəyə bölündülər: şəhidlər, səbir edənlər, qaçıb sonradan bağışlananlar, münafiqlər.
Bildirişlər
1. Döyüş meydanından qaçmağın səbəblərindən biri günahdır.
2. Günah döyüş meydanında şeytani vəsvəsələrə, tərəddüdlərə yol açır.
3. Xatakarı birdəfəlik rədd etmək və onu cəzalandırmağa tələsmək olmaz.
4. Allah günahkarı bağışlayır. Belə isə siz də daha onları danlamayın.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 155-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 155-ci ayəsi nə haqqındadır?
Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.
Ali-İmran surəsi 155-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 155-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 155-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 155-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 155-ci ayənin təfsiri nədir?
"Həqiqət, iki qoşun qarşılaşdığı zaman sizlərdən (Ühüddə) üz döndərən (qaçan) kəslər oldu. Yalnız bu səbəbdən ki, şeytan onları bəzi xoşagəlməz işlərinə görə büdrətmişdi. Əlbəttə Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayan və həlimdir.”   Nöqtələr Ayədə Ühüd döyüşündə meydandan qaçan bəzi müsəlmanlar haqqında danışılır. Təfsirlərdə bildirildiyi kimi, Ühüd döyüşündə beş nəfəri mühacir, səkkiz nəfəri ənsar olan 13 nəfərdən savay hamı qaçdı. Bu 13 nəfərin kimliyi (Əlidən (ə) savay) ixtilafl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.