Ali-İmran surəsi - Ayə: 139

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 139
Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 139. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 139 MÖHSÜN QƏRAƏTİ.

"Əgər möminsinizsə, süst və qəmgin olmayın. Çünki siz üstünsünüz.”
Nöqtələr
Komandanlığa itaətsizlik səbəbindən Ühüd döyüşündə məğlub olmuş müsəlmanlar bir qədər ruhdan düşdülər. Ayə nazil oldu ki, məbada öz məğlubiyyətinizdən nəticə çıxarmayasınız. Möminlər imanlarını gücləndirməlidirlər. Çünki onlar üstündürlər.
Bildirişlər
1. Bir döyüşdə məğlubiyyət müsəlmanların son məğlubiyyəti demək deyil.
2. Rəhbər ruhiyyələri gücləndirməlidir.
3. İman və itaətə qayıtsanız, döyüşlərdə qalib gələcəksiniz.
4. İman sayəsində bütün dünyanı dizə çökdürmək olar.
5. Zahiri qələbə və məğlubiyyət meyar deyil. Üstünlük sağlam əqidə və sağlam təfəkkürdədir.
6. Materialist dünyagörüşündə silah və hərbi təchizat qələbə amili sayılır. İlahi dünyagörüşündə isə qələbə amili imandır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.