Ali-İmran surəsi - Ayə: 141

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 141
Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 141. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 141 MÖHSÜN QƏRAƏTİ.

"(Döyüşdəki irəliləmə-geriləmələr ona görədir ki,) Allah mömin fərdləri pak və xalis, kafirləri isə (tədricən) məhv etsin.”
Nöqtələr
Ayədəki "təmhis” sözü hər cür eybdən pak etmək mənasını bildirir. "Məhəq” isə tədricən azalmaq deməkdir.
Sanki Allah Ühüddə müsəlmanların zəif nöqtələrini onlara bildirmək istəmişdir. Onlar öz zəif nöqtələrini bildikdən sonra islah fikrinə düşə bilər və bu yolla da növbəti hərəkətlərə hazırlaşardılar. Bəzən insanı qəflətdən oyadan məğlubiyyət onu yuxuya verən qələbədən faydalı olur.
Bildirişlər
1. Döyüş pak insanları napak insanlardan seçmək üçün bir mizandır.
2. İman əhli üçün məğlubiyyət də, qələbə də səadətdir. Çünki onlar ya şəhadət vasitəsi ilə uca məqama çatır, ya da düşmənə qələbə çalırlar.
3. İmanın çiçəklənməsi və küfrün məhv olması zamanın gedişində əldə olunur.
4. Tarix küfrün məhvinə doğru addımlayır.
5. Bugünkü məğlubiyyət mühüm deyil. Əsas işin sonudur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.