Ali-İmran surəsi - Ayə: 138

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 138
Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 138. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 138 MÖHSÜN QƏRAƏTİ.

"Bu (Quran), bütün xalq üçün aşkar bəyan, müttəqilər üçünsə hidayət və nəsihətdir.”
Nöqtələr
Ayədəki "bu” ("haza”) əvəzliyi ya 130-137-ci ayələrə, ya da əvvəlki ayədəki tarixin sünnə və ibrətlərinə işarədir.
Bildirişlər
1. Quran bütün əsrlərdə, bütün insanlar tərəfindən anlaşılan bir kitabdır.
2. Quran bütün xalqlar, bütün zamanlar və məkanlar üçündür.
3. Məqsədli səyahət hidayət amillərindəndir.
4. Quran bütün xalq üçün olsa da, ondan yalnız müttəqilər ibrət götürür.
5. İlahi ayələrdən istifadə və bəhrələnmədə insanların ruhiyyəsi təsirlidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.